ŞAHMATÇI

is. Şahmat oyunçusu. Məmun ehtiraslı … şahmat həvəskarı idi.
Orta asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək tez-tez hüzurunda şahmat yarışları keçirərdi. M.İbrahimov.

ŞAHMAT
ŞAHNAZ
OBASTAN VİKİ
Şahmatçı
Şahmatçı — İdmanın şahmat növü ilə məşğul olan şəxs.
Andraş Adoryan (şahmatçı)
Aydın Hüseynov (şahmatçı)
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998). == Həyatı == Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib. === Ailəsi === Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu == Naliyyətləti == Zaqafqaziya Çempionatı 1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer 1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer 1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer 1987- SSRİ Çempionatı (Tümen), ikinci yer 1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer 1990-SSRİ Çempionatı (Herson), ikinci yer 1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer 1983– Beynəlxalq turnir (Bakı), ikinci yer 1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer 1988– Beynəlxalq turnir (Polşa), birinci yer 1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer 1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer 1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer 1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib: 1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub 1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal) Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
Azər Mirzəyev (şahmatçı)
Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb. == Naliyyətləri == 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub. 2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur. İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib. 2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur. 2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur. 2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Elmar Məhərrəmov (şahmatçı)
Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri.Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur.1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib.1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub.Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var. Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing. Genius in the Background) adlı kitabının doqquzuncu fəsli Elmar Məhərrəmova həsr olunub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Elmar Magerramov. Chess-DB.com Arxivləşdirilib 2016-09-09 at the Wayback Machine (ing.) Elmar Magerramov. Chessgames.com (ing.) Elmar Magerramov.
Faiq Həsənov (şahmatçı)
Faiq Həsənov (15 noyabr 1940, Kirovabad) — Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısı. == Həyatı == 13 aprel 1940-cı ildə Gəncədə doğulub.
Namiq Quliyev (şahmatçı)
Namiq Quliyev (13 fevral 1974, Jdanov) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). İki dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadasında oynayıb (1994, 2006). == Həyatı == == Naliyyətləri == 2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub. 2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1-4-cü yerləri bölüşüb. 2009-cu ildə Metz-də keçirilən turnirdə Friso Nijboer və Adam Horvath ilə 1-3-cü yerləri bölüşüb. 2010-cu ildə Malakoff-da keçirilən turnirdə Valentin Panbukchian və Vladimir Malaniuk ilə 1-3-cü yerləri bölüşüb. 2012-ci ilin yanvarında Cenevrədə keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. == İstinadlar == == Xarici keçidlər == Namig Guliyev. Chess-DB.com Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine (ing.) Namig Guliyev. fide.com (ing.) Namig Guliyev.
Nicat Məmmədov (şahmatçı)
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). == Həyatı == 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Rauf Məmmədov (şahmatçı)
Rauf Məmmədov (26 aprel 1988, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), üç qat Azərbaycan Şahmat Çempionatının qalibi (2004, 2006 [mənbə göstərin], 2008, 2015). == Həyatı == Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə oynamışdır. 2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri Kuzubov və Dmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur. Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004, 2006[mənbə göstərin], 2008, 2015). Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Rauf Mamedov.
Rəsul İbrahimov (şahmatçı)
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəşad Babayev (şahmatçı)
Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi. == Həyatı == Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi. == Reytinqi == 2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır. == Nailiyyətləri == Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il. İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il. Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
Vladimir Bağırov (şahmatçı)
Vladimir Bağırov (erm. Վլադիմիր Կոնստանտինի Բաղիրյան, rus. лади́мир Константи́нович Баги́ров, 16 avqust 1936 Bakı- 21 iyul 2000 Finlandiya) Sovet-Latviya qrosmeysteri, şahmat müəllifi və məşqiçisi. Bağırov on dəfə SSRİ çempionatında oynayıb (ən yaxşı nəticəsi 1960-cı ildə 4-cü yer). 1998-ci ildə veteranlar arasında dünya çempionu olub. Turnirdə oynayarkən infarkt keçirib və vəfat edib.
Əhməd Əhmədzadə (şahmatçı)
Əhməd Samir oğlu Əhmədzadə (13 dekabr 2004, Bakı) ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019). Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (2015, 2016, 2018), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019). 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir. == Şahmat karyerası == Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub. 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb.2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci olub.2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında, 2018-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur. 2019-cu ildə Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.2019-cu ilin Noyabr ayında Monteneqroda keçiriən Klublar arası Avropa Çempionatında ilk Beynəlxalq Qrossmeyster normasını yerinə yetirmişdir.
Azərbaycan şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — keçmiş və indiki Azərbaycan şahmat titul sahiblərinin tam siyahısı haqqında.
Azərbaycanlı şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — keçmiş və indiki Azərbaycan şahmat titul sahiblərinin tam siyahısı haqqında.

Digər lüğətlərdə

адвербиа́льный вайна́хи вы́цыганить гварде́йский недосо́зданный несоотве́тствующий приве́тный пятно́ украинский броже́ние вырвать из зубо́в двуру́шнический нелюди́мый ополови́ниться прова́риваться соде́ять спидофо́бия dirty go-as-you-please para revelatory zeugma лишайник сторублёвый терпение