ŞƏBBU, ŞƏBBUGÜLÜ

is. [fars.] Axşamçağı və gecə ətirsaçan rəngbərəng gül; mixəkgülü. Şəbbugülü Azərbaycanda geniş becərilən ətirli bəzək bitkilərindəndir. H.Qədirov. Xiyabanın hər iki tərəfini xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi.