ŞƏFA

is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. _Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə. Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”. M.Rahim. Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir. Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. ◊ Şəfa evi – b a x şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə. Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ŞƏFA исцеление, выздоровление ətraflı

Azərbaycan qadın adlarının izahlı lüğəti

ŞƏFA sağalma, sağlamlıq, xəstəlikdən qurtarma. ətraflı

Azərbaycanca-rusca lüğət

ŞƏFA сущ. исцеление, выздоровление; şəfa vermək исцелить, şəfa tapmaq исцелиться: выздороветь; şəfa evi см. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

ŞƏFA i. healing, recovery; ~ vermək to heal (d.), to cure (d. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

ŞƏFA Ərəbcədir, ”dərman” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan