ŞƏFQƏT

is. [ ər. ] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət.
[Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. M.F.Axundzadə.
[Zeynəbin] kişilərə qarşı olan nifrəti azalır, qəlbində mərhəmət və şəfqət hissi oyanırdı. Qantəmir.

// Ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət. Ana şəfqəti.
– Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil. Mir Cəlal.

◊ Şəfqət bacısı – xəstəxanalarda: orta tibb təhsili olan tibb işçisi (qadın-qız).
Şəfqət bacısı özünü saxlaya bilməyib ağlamağa başladı. Ə.Vəliyev.
Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏFQƏT şəfqət bax 1. rəhm; 2. mehribanlıq 1
  • ŞƏFQƏT mərhəmət — rəhm
ŞƏFİQ
ŞƏFQƏTLİ
OBASTAN VİKİ
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın müdafiə naziri. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində anadan olmuşdu. 1933-cü ildə ali hərbi təhsil almışdı. Urmiya və Təbriz şəhərlərində hərbi hissəyə başçılıq etmişdi. Şapur Bəxtiyarın baş nazirliyi dönəmində İranın müdafiə naziri olmuşdu. Cəfər Şəfqət Şərqi Azərbaycan ostanının ostandarı vəzifəsində çalışmışdı. Cəfər Şəfqət 2000-ci ildə vəfat edib.
Şəfqət Təpə (teleserial, 2010)
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.

Digər lüğətlərdə

антисанитари́я без посре́дства бо́чечка галде́ть зубри́ть капота́жный кро́тко нераду́шный оби́женный перетрепа́ть пове́рхность сле́дствие хариджа́ны австрали́ец депози́тор замо́лвить слово стро́же 'twixt catch up foot pan nasalization pitch board spun-cotton войти пискунья