AĞ₂

is.
1. Ağ rəngli bez və s. parça. Köynəklik ağ. Mələfəlik ağ. Ağdan tikilmiş köynək. Bir top ağ. – Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Mir Cəlal.
2. dan. Kəfən.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

1. белый; 2. бельевая материя, белая бязь, мадеполам; 3. белок; ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

I (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət, varidat. – Adamın ağın, qızılın alıllardı əlinnən III (Qax) yeməli bitki adı. – Uşaxlar yezliyə ağ getimağa gediplər IV (Salyan) süfrə. – Qızım, ussulun üssünə ağ sal Ağ əkin (Salyan) – arpa, buğda əkini. – Beşdəlidə ağ əkin çox əkilir. Ağ salmax (Kəlbəcər) – inandırmaq. – Mən ağ saldım, o inanmadı. Ağ yel (Şamaxı) – xəstəlik adı ətraflı

Azərbaycanca-rusca lüğət

1 I прил. белый 1. белого цвета. Ağ bulud белое облако, ağ qaz белый гусь, ağ ayı белый медведь, ağ kif белая плесень, ağ qovaq белый тополь, ağ durna белый журавль, ağ söyüd белая ива, ağ kauçuk белый каучук, ağ şanı белый шаны (сорт белого винограда), ağ qızıl белое золото (хлопок), ağ olimpiada белая олимпиада (зимняя олимпиада) 2. ətraflı

Türkcə-azərbaycanca lüğət

(ağı) tor, şəbəkə şəbəkə, tor ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

AĞ I is. Ağ rəngli bez və s. parça. Firəngiz ağı çıxarda-çıxarda ciddiləşdi (B.Bayramov). AĞ II is. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

1. AĞ (rəng) Ağ köpək, qara köpək, ikisi de köpəkdir (Ata. sözü); BƏYAZ/BAYAZ (şair. ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

AĞ – QARA Ağ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə). ətraflı

Author: Obastan; Publisher: Obastan