ŞİFAHİ

sif. [ ər. ] Yazı ilə deyil, dil ilə; dilcavabı, ağızdan (yazılı əksi). Şifahi imtahan. Şifahi nitq.
– Əlibəy haqqında şifahi və ya yazılı danışıqların neçə illik tarixi vardı. Mir Cəlal.

◊ Şifahi ədəbiyyat – bax folklor 1-ci mənada.
Xalq mahnıları da şifahi ədəbiyyat kimi nəsildən-nəslə keçərək xalq həyatındakı əhəmiyyətli tarixi hadisələri … əks etdirir. Ə.Bədəlbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİFAHİ ŞİFAHİ Əli bəy haqqında şifahi və ya yazılı danışıqların neçə illik tarixi var (Mir Cəlal); DİLCAVABI O indi həmşəhərlisi Qulamrzanın mənzilinə gedib
  • ŞİFAHİ dilcavabı

Etimologiya

  • ŞİFAHİ Ərəbcə şəfe “dodaq” deməkdir, şifahi (şəfəvi) “dodağa aid olan” anlamını əks etdirir. (Bəşir Əhmədov
ŞİƏLİK
Şİ́FER
OBASTAN VİKİ
Şifahi ənənə
Şifahi ənənə — məlumatların insan doğulan gündən başlayaraq, yaddaşdan köçürülməsi, uyğun dəyişiklik metodları ilə şifahi olaraq nəsildən-nəslə ötürülməsidir. Müəyyən bir performans tərzi (oxuma, hekayə izahı) tələb edir. Yazı icad edilməzdən əvvəl ictimai təcrübə, keçmişə dair biliklər və ilk sənət əsərləri saxlanılaraq nəsildən-nəslə ötürülürdü. Dastanlar, əfsanələr, rəvayətlər, şəcərə siyahıları şəklində şifahi tarix qədim xalqların tarixi şüurunun ən erkən forması idi. Şifahi ənənəyə tarixi əfsanələr, qəhrəmanlıq əfsanələri, tarixi nəğmələr, xalq dastanları daxildir. Xalq yaradıcılığı nümunələrinin nəsildən-nəslə ötürülməsi prosesində əksər hallarda digər janrlara məxsus folklor mətnlərindən götürülmüş motivlərdən və bədii vasitələrdən geniş istifadə olunur. Bu, reallıqdan xeyli dərəcədə uzaqlaşmaya səbəb olsa da, yeni motiv və vasitələrin əlavə edilməsi nəticəsində reallıqda baş verən hadisələr xalq təxəyyülü ilə zənginləşir. Bu isə folklor mətninin təsir gücünü daha da artırır. Şifahi ənənə yazının gəlişi ilə əhəmiyyətini itirmədi. Əksinə, antik dövrdə və orta əsrlərdə hər yerdə rast gəlinən şifahi xalq ədəbiyyatı nümunələri salnamə və tarixi hekayələrin tərtibində mənbə kimi istifadə edilməyə başladı.
Şifahi xalq ədəbiyyatı
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Azərbaycan Şifahi Xalq Ədəbiyyatı

Digər lüğətlərdə

выпрева́ние копе́йный паши́нный презамеча́тельный разогрева́ться сбре́диться хиру́рг американи́зм антиноми́ческий двойная бухгалте́рия оформи́тельница подозри́тельный усыпи́тельно Crown prince en pointes forkful freely inimical judoka nurse-child threaded wee-wee выстудить переглаживать срастить