AĞA

is. köhn.
1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev.
2. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb. // Keçmişdə ziyalılara müraciət edərkən söylənilirdi; cənab. // Keçmişdə mənsəb sahiblərinə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb (bəzi adamların adlarının əvvəlinə, ya axırına əlavə olunardı). Novruz Bahadırı qəmgin görüb dedi: – Ağa, nə üçün fikir edirsən? Yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [İskəndər:] Doğru deyir ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov. [Nəcəf bəy:] Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm. Ə.Haqverdiyev. // dan. Keçmişdə uşaqlar atalarına deyərdilər.
3. Sahib, sahibkar, yiyə, hakim. Bu yerlərin ağası zəhmətkeşlərdir. – İnsan bütün varlığın ağasıdır, hakimidir. M.İbrahimov.
4. sif. Hakim, üstün. Portuqaliyalılar Anqolanı işğal etdikləri ilk gündən .. ağa dil və məhkum dil siyasətini dar ağacı və qılınclarla həyata keçirməyə başladılar. R.Rza.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AĞA 1. господин, барин, сударь, хозяин; 2. титул дворян; 3. прозвище сеидов (потомков Магомеда) и духовенства у магометан; 4. отец (при обращении к отцу); ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

AĞA böyük, cənab, sahib; seyid (İranda məmur adlarına artırılır). Bir sıra türk xalqlarında «aka», «əkə» şəklində də işlənir. Hörmət əlaməti olaraq böyük qardaşa da «ağa» deyilir. Bir çox mürəkkəb şəxs adlarının yaranmasında fəal iştirak edir. ətraflı

Azərbaycanca-rusca lüğət

AĞA I сущ. устар. 1. ага, господин, бек, хозяин 2. титул дворян 3. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AĞA hakim — sahib — yiyə ətraflı
AĞA mülkədar — bəy — zadəgan ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

AĞA AĞA I is. köhn. Hakim, hökmran. ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

AĞA AĞA – NÖKƏR Ağa borc eylər, nökər xərc (Ata. sözü). ətraflı

Azərbaycan dastanlarının leksikası

AĞA Ata; böyük qardaş. (“Kitabi-Dədə Qorqud” leksikası) ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AĞA “Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir. (Bəşir Əhmədov. Etim ətraflı

Author: Obastan; Publisher: Obastan