ŞÖLƏ

is. [ ər. ] Alov, parıltı, işıltı, şəfəq.
[Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub. Ə.Haqverdiyev.
Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı. S.S.Axundov.
Aslanın gözlərində ani bir şölə parıldayıb söndü. M.Hüseyn.

□ Şölə çəkmək – alovla yanmaq, zəbanə çəkmək, alovlanmaq; işıq saçmaq.
Gəldi həm növ-növ şərbətlər; Şəmlər asimanə şölə çəkər. S.Ə.Şirvani.
[Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zaman bir yolçunun, bir ovçunun ya bir çobanın çaxmaq daşından od alıb gecəgündüz şölə çəkib yanır. R.Rza.

// Məc. mənada.
Alışıb şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-niyran dedilər, gərçək imiş. S.Ə.Şirvani.

Şölə vermək (saçmaq) – qızarmaq, allanmaq; parıldamaq, işıldamaq, şölələnmək, işıq saçmaq.
Başına dönüm, ay saqi; Doldur piyalədən yaxşı; Yanaqların şölə verir; Qırmızı lalədən yaxşı. Aşıq Rəcəb.
Yer üzündə şölə saçır neçə min çıraq; Şəfəqlərin ağ sütunu ərşə toxunur. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÖLƏ şölə bax şəfəq
  • ŞÖLƏ şəfəq — işıq — parıltı — nur — şüa
ŞÖKLƏMƏK
ŞÖLƏCİK
OBASTAN VİKİ
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Səfərəliyeva Şölə
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. == Ailəsi == (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 == Təhsili == 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.
Şölə Səfərəliyeva

Molla Abbas Şölə
Hacı Molla Abbas Hacı Abdulla oğlu Şölə (İsfahan – 1899, Yelizavetpol) — şair. == Həyatı == Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur. Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu. Mərhum Şölə təvəllüdü zamanından ömrünün müsinn çağına qədər xəstə olmadığını və hətta baş və diş ağrısı nə olduğunu bilmədiyini öz dost və tanışları yanında iddia edərmiş. Şölə fars və türk dillərini kamil vəchdə bilirmiş. Amma əşarü kəlamının çoxusu türk dilindədir. Yazdığı əşarın əksəri, demək olur ki, Gəncə şəhərinin xüsusi vüquatına və onda vaxtbəvaxt zühur edən əlamata, vüqua gələn təğyirata və Gəncə əhlinin əxlaqü adatına dairdir. Şölənin dili açıq və sadə olduğuna binaən, onun kəlamları hər kəsə, hətta kəmsavad adamlara da xoş gəlir.
Şöləburan (Əhər)
Şöləburan (fars. شله بران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər yaşayır (103 ailə).

Digər lüğətlərdə

гради́ровать мети́л неандерта́льский присужда́ться распла́в расторо́пно щёчный бра́га заваля́щий заще́пка наде́жда несловоохо́тливость под руково́дством свобо́дный удар кумыс утлый consumer loan shark naething overdrive quinic suitability truck gardener субстрат форвард