TABE

is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan. // sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər. // İs. mənasında. Xidmət üzrə özündən böyüyə tabe olan vəzifəli şəxs. Müdirin öz tabeləri ilə rəftarı gözəldir. _ Tabe etmək – asılı etmək, itaəti altına almaq, öz iradəsinə uyğun olaraq hərəkət etməyə məcbur etmək, ram etmək. [Səməd bəy] hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Çəmənzəminli. [Elçin:] ..Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil. Tabe olmaq – birinin və ya bir şeyin hökmü altına düşmək, onun iradəsi ilə hərəkət etməyə məcbur olmaq, razı olmaq, itaət etmək, boyun əymək. [Gəray:] Beləliklə, o tabe olsa bizə; Şübhəsiz, baş əyər hər əmrimizə.. A.Şaiq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TABE подчиненный, покорный, повинующийся, зависимый, подвластный ətraflı

Azərbaycanca-rusca lüğət

TABE I прил. 1. подчинённый (связанный в чём-л. с обстоятельствами, чужой волей), зависимый. ətraflı

Author: Obastan; Publisher: Obastan