Azərbaycan dilinin izahlı lüğətində TABLAŞMAQ sözün mənası. Толковый словарь азербайджанского языка.

f. Tab gətirmək, davam gətirmək, dözmək, tablamaq.
[Bayram:] [Pərzadın] ölümünə heç vaxt razı ola bilmərəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! M.F.Axundzadə.
[Rüstəm:] Bir az tablaş, səni dəmirçigilə köçürəcəyəm. S.Rəhimov.

← TABLAŞMA

“Tablaşmaq”dan f.is

TABLI →

sif. Dözümlü, dayanıqlı, davam gətirən, davamlı. Məni belə tablı edən; Ancaq onun öz əlidir. M.Rahim