TABLÓ

[fr. tableau]
1. rəss. Şəkil, rəsm, iri şəkil. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. M.S.Ordubadi. Səttar Bəhlulzadənin ilk yaradıcılıq sərgisində 180-dən yuxarı tablo və etüd toplanmışdır. (Qəzetlərdən).
2. xüs. Nəzarət altında olan obyektlərin vəziyyətini göstərmək üçün üzərində işıq və ya elektromaqnit göstəricilər olan siqnal (işarə) lövhəsi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

TABLO сущ. 1. полотно, картина. “Sevinc” tablosunun müəllifi rəssam M. ətraflı

Author: Obastan; Publisher: Obastan