TAB(Ü)-TAQƏT, TAB(Ü)-TAVAN

is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.. H.Cavid. [Gülçöhrə:] Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tabü-taqət yoxdur. Ü.Hacıbəyov.