TAĞ₂

is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz. Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü.. Çəmənzəminli. Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi. Mir Cəlal. // Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü. // Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. Çəmənzəminli. // Sif. mənasında. Tavanı bu şəkildə olan; tağlı. İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. H.Sarabski.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TAĞ 1. свод, перемычка; 2. арка; 3. куст (дыни, огурца и пр.); ətraflı

Azərbaycanca-rusca lüğət

TAĞ 1 сущ. плеть (стебель, ветка вьющегося или ползучего растения – в основном бахчевых культур: тыквы, арбуза, дыни, огурца); стелющийся по земле побег. ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

TAĞ TAĞ I is. [ ər. ] Bostan bitkilərinin gövdəsi. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

TAĞ i. 1. arch, vault; 2. (yemiş, xiyar və s. ətraflı

Author: Obastan; Publisher: Obastan