TEL₁

is.
1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı. “Əsli və Kərəm”. // Ümumiyyətlə, saç. Telini daramaq. – Gülsəhər kəlağayını irəli çəkib, sağ əli ilə telini sığalladı, köksünü ötürdü. Ə.Vəliyev. // Tük. Koroğlu durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. // Alına tökülmüş qısa saç, zülf.
2. Sapa bənzəyən, sap kimi olan hər şey. Rüstəm kişi .. tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. M.İbrahimov. // məc. Obrazlı təşbehlərdə işlədilir. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. M.S.Ordubadi. Mən sevirəm üzərində boy atdığım torpağı; Ürəyimin bir telidir hər otunun yarpağı. Ə.Cəmil.
3. Tar, kamança və s. simi. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.
4. Məftil, naqil, sim. Küləyin qüvvəsindən elektrik telləri vıyıldayır, sanki bir faciəni oxşayırdı. T.Ş.Simurq. Bu gün səhər çəkilib qurtarmış elektrik telləri Yenikəndi bəzəmişdi. M.Hüseyn.
5. məc. Bağ, əlaqə, rabitə.
6. məc. “Ziya”, “şüa” mənasında. Öpsün torpağını səhər yelləri; Üstündə titrəsin günün telləri. M.Müşfiq. Günəş öz tellərini yayan kimi düzlərə; Gecə öz sirlərini danışdı gündüzlərə. B.Vahabzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TEL 1. нить; 2. пядь подрезанных волос на лбу; челка; 3. струна; 4. проволока; 5. телеграмма; ətraflı

Azərbaycanca-rusca lüğət

TEL 1 сущ. 1. волосы (растительность на голове человека). Qara tellər чёрные волосы, telini daramaq причёсывать волосы, telini sığallamaq погладить волосы 2. ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

TEL I (Cəlilabad, Hamamlı, Kürdəmir, Ordubad) 1. sap (Ordubad). – Natik tükannan tel aldı 2. sim; sazın, tarın simi (Hamamlı); – Sazın teli qırıldı, aşıx şirin çalıb oxuduğu yerdə 3. məftil (Cəlilabad, Kürdəmir); – İt eyvanda telə bağlanıb (Kürdəmir) 4. tütün düzülmüş 3-4 metr uzunluğunda ip (Hamamlı); – Bö:yün Gülnaz qırx tel düzüf II (Zəngilan) qovun növü. – Teli körpə və:dəsində də ye:llər ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TEL sap — məftil — sim ətraflı
TEL saç — zülf — kəkil ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TEL I 1. TEL, SAÇ, TÜK 2. tel bax məftil 3. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

TEL i. 1. fringe; bang; forelock; 2. string; 3. wire; 4. ətraflı

Author: Obastan; Publisher: Obastan