TENNİSÇİ

is. Tennis oynayan oyunçu. Tennisçilərin yarışı.
TENNİS
TÉNOR
OBASTAN VİKİ
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur.Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı. 2015 mövsümündə Rublyov mütəmadi olaraq ATP seriyası turnirlərində meydana çıxmağa başladı.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.

Digər lüğətlərdə

бланширова́ться замеще́ние зева́ться казино́ культпро́п навора́чивать обварга́нить остриё класть живо́т мыши́ная возня сольфе́джио спрессо́вываться укла́дывание фа́нзочка нива classicalize creature comforts decimalization frost boil pendentives photocell phytochemicality scald-head заклёпник осаживать