Azərbaycan dilinin izahlı lüğətində TƏBƏRZİN sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.]
1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.
2. Keçmişdə: dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq. Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq.
← TƏBƏRRÜK

is. [ər.] 1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s.

TƏBƏSSÜM →

[ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı.