TƏBƏSSÜM

[ər.]
1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn. _ Təbəssüm etmək (eyləmək) – gülümsəmək. Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli. Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım.
2. Təbəssümlə şəklində zərf – gülümsəyəgülümsəyə, gülümsəyərək. Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

TƏBƏSSÜM сущ. 1. улыбка (движение мышц лица, губ, глаз, показывающее расположение к смеху или выражающее привет, удовольствие и другие чувства). ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TƏBƏSSÜM TƏBƏSSÜM [Mahirənin] qaşqabağı sallanmışdı, dodaqlarını və gözlərini bəzəyən təbəssüm yox olmuşdu (Y.Şirvan); GÜLÜMSƏMƏ Burnaşov gülümsədi. Bu gülümsəmə onun həmin şərtə razı olmadığını aşkar büruzə verdi (Çəmənzəminli); QIMIŞIQ Lakin onun gözündə sevinc dolu bir işıq; Rəngsiz dodaqlarında mehriban bir qımışıq (R.Rza); GÜLÜMSÜNMƏ. ətraflı

Author: Obastan; Publisher: Obastan