TƏBİƏT

is. [ər.]
1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları. – Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. // Hər hansı bir yerin xüsusiyyətlərinin məcmusu (onun relyefi, bitki və heyvanlar aləmi, iqlim şəraiti və s.). Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti. – Şimalın təbiəti çox zəngindir. M.İbrahimov.
2. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). Təbiətə yaxınlıq. Təbiətə çıxmaq. – İnci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir. A.Şaiq. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.
3. Xasiyyət, xarakter. [Badisəba:] Zatən, təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi, mən də fırtına keçirməyi sevmərəm. Çəmənzəminli. Bu iki adamın [Kərim baba və Ayrım qızının] təbiəti bir-birinə əsla uymurdu. A.Şaiq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TƏBİƏT 1. природа, естество, натура; 2. характер, нрав; ətraflı

Azərbaycanca-rusca lüğət

TƏBİƏT I сущ. 1. природа: 1) окружающий нас материальный мир, всё существующее, не созданное деятельностью человека. ətraflı

Azərbaycan qadın adlarının izahlı lüğəti

TƏBİƏT Yerdə təbii şəraitin (Yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri üzvi aləm, Yerdə insan fəaliyyəti ilə yaradılmamış hər şey. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TƏBİƏT əsl — mahiyyət — xassə — keyfiyyət ətraflı
TƏBİƏT xasiyyət ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

TƏBİƏT TƏBİƏT I is. [ ər. ] Varlıq, maddi aləm. ətraflı

Author: Obastan; Publisher: Obastan