TƏCAVÜZ

is. [ ər. ]
1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə.
// Hücum, həmlə, basqın.
Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. Ə.Əbülhəsən.

2. Zorakılıq, təzyiq, zülm, sıxıntı.
Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. M.Rzaquluzadə.

// Hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə.
…Əsgər keçən yerdə heç bir qız və qadın özlərini kişilərin təcavüzündən saxlamağa qadir deyildi. Çəmənzəminli.

□ Təcavüz etmək – hüququna toxunmaq, zorakılıq etmək, qəsd etmək.
[Gözəl:] [Ölkəmizdə] adam döymək, adam öldürmək, birisinin malına və torpağına təcavüz etmək yoxdur. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏCAVÜZ təcavüz baxb hücum; 2. zorakılıq
  • TƏCAVÜZ zor — güc — cəbr
TƏBRİKNAMƏ
TƏCAVÜZÇÜ
OBASTAN VİKİ
Təcavüz
Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər. == Zəmin == Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar. == İlk məlumatlar == İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır.10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər. Dörd aktrisa bildirmişdir ki, Vaynşteynin təklifindən imtina etdikdən sonra çalışdıqları film layihəsindən uzaqlaşdırılmış və ya başqa bir layihəyə keçirilmişlər.
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı
Katolik kilsəsində cinsi təcavüz qalmaqalı (ing. Catholic Church sexual abuse cases, it. Casi di pedofilia all'interno della Chiesa cattolica, alm. Sexueller Missbrauch in der römisch-katholischen Kirche‎, fr. Abus sexuels sur mineurs dans l'Église catholique, nid. Seksueel misbruik binnen de Rooms-Katholieke Kerk) — 1990–2000-ci illərdə keşişlər, rahibələr və Roma-Katolik kilsəsinin dini ordenlərinin üzvləri arasında uşaqlara qarşı (3 yaşdan 11–14 yaşa qədər olan oğlan və qızların) bir sıra cinsi zorakılıq hallarının müəyyən edilməsi ilə bağlı yaranmış kilsə qalmaqalıdır."The New York Times" qəzetinin araşdırmasına görə, rəsmi Vatikan nəinki azyaşlılarla baş verən hadisələrə səssiz qalıb və törədilən cinayətlər barədə hakimiyyət orqanlarına məlumat verməyib, həm də zorakılıqda şübhəli bilinən şəxslərlə bağlı daxili araşdırmalar aparmayıb. Öz növbəsində Katolik kilsəsi amerikalı jurnalistlərin ittihamlarını təkzib edib. Tarixçi və din alimi (ing. John Philip Jenkins) qeyd edir ki, çoxsaylı araşdırmalar nəticəsində sübut olunub ki, katolik keşişlərinin təxminən 0,2%-i uşaqlara qarşı zorakılıq hallarında iştirak edir. Arxiyepiskop (it.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.

Digər lüğətlərdə

бато́г возбуди́мость некороно́ванный переку́ривать рыба́цки собра́ться хле́бина шпага́т властолюби́вый голова́стенький гра́нула истоло́чься отбою нет погу́дка приступи́ться чва́нный каворон aeroplane call-house Cape doctor Carl Lombard Street transfusive просиять тимиан