TIXANMAQ


1. məch. Nəfəs ala bilməmək, nəfəsi kəsilmək, nəfəsi tutulmaq.
[Qurban:] Aşağıya getmək çox çətindir, neftin qoxusundan nəfəs tıxanır. A.Şaiq.
Ağayar boğazı tıxanmış kimi susdu. Ə.Əbülhəsən.

2. f. Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə batmaq.
[Atakişi:] Bir yerdə xırtdəyədək tıxandıq [palçığa]. C.Cabbarlı.

3. f. Dar, darısqal bir yerdə yerləşmək.
Qonaqlar Səfərin xatiri üçün bu dar, çubuq otağa tıxanıb qalmışdılar. Çəmənzəminli.
[Nofəl atlılara:] Orada düşmənin sağ cinahı tar-mar oldu.
Siz isə qoyun kimi bura tıxanıbsınız! Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TIXANMAQ qapanmaq — susmaq
  • TIXANMAQ doluşmaq — yığışmaq — sıxışmaq — basmaq — təpilmək — dürtülmək
TIXANMA
TIXILI

Digər lüğətlərdə

лях регенера́торный в лоб гадёныш залётный зашпунто́вывать откоси́ться хлопчатобума́жный alchemical Brecon bushiness granitoid licensure longulite pass-woman sweat gland telecommunication waterflood вдоль гнёздышко застращать пиетизм рабфаковка трибрахий усилитель