AĞACLIQ

is.
1. Çoxlu ağac bitmiş yer, meşəlik yer. ..Buradan dönüb baxanda ağaclıqlar içində qərq olan kənddən heç bir şey görmürsən. Mir Cəlal. Darısqal bir daxma var; Qabağı ağaclıqdır. M.Seyidzadə.
2. Sif. mənasında. Ağacları çox olan. Ağaclıq yerlərdə yağış çox yağar.
3. Saylarla bərabər – b a x ağac 4-cü mənada. Mənim adətimdir, bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam. C.Məmmədquluzadə. Ərəb əmiri Əbü-Müslim Dağıstan tayfalarına buyurdu ki, Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra geri qaytarsınlar. A.Bakıxanov.
4. is. məh. İri güllü, tikanlı bir ot adı.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AĞACLIQ 1. местность, изобилующая деревьями; 2. роща; 3. место, заросшее деревьями; ətraflı

Azərbaycanca-rusca lüğət

AĞACLIQ 1 сущ. 1. местность, заросшая деревьями, изобилующая насаждениями, лес, роща 2. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AĞACLIQ Ağac məlumdur; -lıq omonim şəkilçidir, onun bir mənası qabaqlar, rusca “изобильно” mənasını verən mü ətraflı

Author: Obastan; Publisher: Obastan