TOXMAQ

is.
1. Ağacdan yonulmuş iribaşlı çəkic, çox yoğun taxta çəkic. Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarını və Ələncik qalasını titrədirdi. M.S.Ordubadi.
2. Dəyənək, çomaq, kötək. Çoban toxmağı. – Divanəmisən? Yaxud da axmaq; Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi.
3. Keçmişdə qapını döymək üçün qapılara asılan çəkicəoxşar alət. Həmzə ilə işi olan muzdur darvazanın dəmir toxmağını döyəndə Əminə darvazanı açardı. Ə.Əbülhəsən.
4. Paltarı suyun içində döyəcləyib təmizləmək və ya başqa məqsədlər üçün istifadə edilən bir başı qalın və yastı ağac parçası. ◊ Nə tüfəngə çaxmaq(dır), nə sünbəyə toxmaq; nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı – əlindən heç bir iş gəlməyən, heç bir işə yaramayan adam haqqında. Nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq. (Ata. sözü). Bir tanış var, kəsilməyir yanımızdan ayağı; Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı. S.Vurğun.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TOXMAQ колотушка, деревянный молоток ətraflı

Azərbaycanca-rusca lüğət

TOXMAQ сущ. 1. колотушка: 1) деревянный молоток 2) в прошлом: молоточек, подвешенный на дверях (вместо звонка). ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

TOXMAQ Toxu, toxunmaq, toxa kimi sözlər eyni kökə malikdir. Toxa (kətmən) elə toxunmaqla (zərbə endirməklə) ətraflı

Author: Obastan; Publisher: Obastan