Azərbaycan dilinin izahlı lüğətində ABA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ ər. ] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır).
Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi. Çəmənzəminli.
Çox vədə olurdu ki, həftənin iki ötər, üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqları abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən… B.Talıblı.
Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: – Buna heç şəkk-şübhə ola bilməz, – dedi. S.Rəhimov.

← ABA

is. [ər. “əb” söz. cəmi] Atalar, atababa. □ Abavü əcdad – ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əc

ABA →

is. məh. 1. Ata. 2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir)

Həmin söz digər lüğətlərdə: