TÖKÜLMƏK

f.
1. Axmaq, yuxarıdan aşağıya hərəkət etmək (mayelər haqqında). Budur, böyük bir şəlalənin suyu gurultu ilə axıb tökülür, aşağıda köpüklənərək yayılır. M.İbrahimov. Gümüş rəngli çənlərə; Axıb dağ seli kimi; Qara qızıl tökülür. İ.Səfərli. // Düşmək (səpələnən, dənəvər, ya xırda şeylər haqqında). Tavanın suvağı tökülür. Buğda kisədən tökülür. Torpaq başımıza tökülür. // Düşmək, yerindən çıxıb düşmək. Dişləri tökülmək. Saçı tökülmək.
2. Axmaq, süzülmək, dammaq, sızmaq. Göz yaşı tökülmək. – Cəlal qaranlığa sıxdı naqanı; Töküldü yəhərə Gərayın qanı. S.Vurğun. [Səlim] o qədər odlu danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.
3. dan. Şiddətlə, aramsız gəlmək, yağmaq. Qar ara vermədən tökülür. // məc. Yağmaq, gəlmək, enmək, saçmaq. Yunis çöl istisinin şiddətini ancaq indi hiss edirdi, göydən od tökülürdü. Mir Cəlal. Buludlarda şığıyan şimşəklərdən yerə tökülən (f.sif.) qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir. M.Rzaquluzadə.
4. Dənizə, gölə və ya başqa çaya axmaq, onunla birləşmək, qovuşmaq (çay haqqında). Araz Kürə tökülür. Volqa çayı Xəzər dənizinə tökülür. – Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli.
5. Kütlə və ya izdiham halında çıxmaq, gəlmək, getmək, axışıb gəlmək, tökülüşmək. Bunların çığırtısına hər iki məhəllədən adamlar töküldülər. N.Nərimanov. Uşaqdan böyüyə, qarıdan qocaya hər kəs ünləşib, Cavanşir qəsəbəsinin küçələrinə tökülmüşdü. S.Rəhimov. // Eyni mənada heyvanlar haqqında. Gəlsin bahar fəsli, açılsın yazlar; Göllərə tökülsün ağ qular, qazlar. Qurbani. Gün çeşt yerinə qalxanda ilxı kəndə töküldü. Ə.Vəliyev. _Üstünə tökülmək – üstünə hücum etmək, tökülüşmək. Köpəklər [Qumrugilin] üstünə töküldü. Mir Cəlal.
6. Düşmək, enmək, tökülüşmək. Sərnişinlər qatardan tökülürdülər. – Təpədə, tarlada qatırçılar qatırdan töküldülər. Mir Cəlal.
7. Sallanmaq, düşmək. Saçı üzünə tökülmək. – [Abbas:] Dal gərdənə tökülübdü hörmələr; Mina gərdən, incə beli bürmələr. “Abbas və Gülgəz”.
8. Yerindən qopub, yaxud sınıb, xarab olub düşmək; uçulmaq. Divarın suvağı töküldü. – Deşilir pəncərə, tökülür şüşə; Partıltı səsinə səs verir meşə. H.K.Sanılı.
9. məc. Köhnəlib yıpranmaq, yararsız hala gəlmək. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular. Üst-başları da tökülmüşdü. M.İbrahimov.
10. məc. Yağmaq. Hər tərəfdən güllə tökülür. – İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim.
11. Çıxmaq, düşmək (dişlər haqqında). Ağzında bütün dişləri tökülüb. – Qabaq dişim tökülüb; Azılarım sökülüb; Mənə qoca deməzlər; Bir az belim bükülüb. M.Ə.Sabir.
12. İfadə etmək, görünmək, görsənmək, bilinmək. [Sarxan] gözlərindən hiyləgərlik tökülən (f.sif.) alman əsgərinin üstünə təpindi. M.Hüseyn. Yerli camaata oxşamır qonaq; Doğmalıq tökülür üzündən ancaq. B.Vahabzadə.
13. Gəlmək (çoxlu şey haqqında). “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. C.Məmmədquluzadə.
14. Yorğunluqdan, ya soyuqdan üzülmək, ağrımaq, sızıldamaq. [Bahar:] Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya. Ə.Haqverdiyev.
15. Tökmək”dən (1 və 5-ci mənalarda) məch. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Evin ortasına çoxlu yorğan-döşək yunu, balış tükü tökülmüşdü. Ə.Vəliyev. Dəvələr dal həyətdə boşalıb, taxıl elə dəvəçilərin köməyi ilə də anbara tökülmüşdü. Ə.Əbülhəsən.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TÖKÜLMƏK 1. литься, выливаться, проливаться; 2. отливаться; 3. сыпаться, высыпаться, рассыпаться; 4. падать, выпадать, осыпаться; 5. вылезать (о волосах); 6. впадать (о реке); ətraflı

Azərbaycanca-rusca lüğət

TÖKÜLMƏK глаг. 1. литься (непрерывной струёй). Yuxarıdan su tökülür сверху льётся вода, çənlərə arasıkəsilmədən neft tökülür в цистерны беспрерывно льётся нефть, onun gözlərindən yaş tökülürdü из ее глаз лились слёзы 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TÖKÜLMƏK axmaq — süzülmək — boşalmaq ətraflı
TÖKÜLMƏK dağılmaq — səpələnmək ətraflı
TÖKÜLMƏK sökülmək — dağılmaq ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

TÖKÜLMƏK TÖKÜLMƏK – DOLMAQ Sel kimi töküldü göydən yağışlar (S. ətraflı

Author: Obastan; Publisher: Obastan