TÖRƏMƏ


1.Törəmək”dən f.is.
2. is. Nəsil.
[Mirzə Cəmil:] Böyük bir törəmənin içində vur-tut fərasətlisi ortancıl əmimin oğlu idi ki, fələk əlimdən aldı. Ə.Vəliyev.

// Övlad, nəvə-nəticə, oğul-uşaq.
[Əmiraslan:] …Buradakıların çoxu elə mənim öz törəməm deyilmi, arvad? S.Rəhimov.
[Hümmət Şahmara:] Bəs deyirlər, ot kökü üstə bitər, Əsəd kimi adamdan belə törəmə? B.Bayramov.

3. Hər hansı bir proses nəticəsində törəyən, əmələ gələn şey. Dağ törəmələri. – Torpaq əmələgəlmə prosesi nəticəsində [boz torpaqlarda] yeni karbonatlı törəmələr az müşahidə olunur. “Qarabağ düzünün torpaqları”.
// Bir şeydə əmələ gəlmiş, törəmiş yeni ünsür, forma və s. Ciyərdə yeni törəmələr. Dilin lüğət tərkibində yeni törəmələr.
// Sif. mənasında. Özünə bənzər şeydən əmələ gəlmiş, törəmiş. Törəmə söz. Törəmə kəmiyyət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÖRƏMƏ çoxalma — artma
  • TÖRƏMƏ doğulma — yaranma

Antonimlər (əks mənalı sözlər)

  • TÖRƏMƏ TÖRƏMƏ – İLKİN Bağır Dədə palıdı bu meşənin ulu əcdadı hesab eləyirdi, fikirləşirdi ki, bu meşənin bütün ağacları Dədə palıdın törəmələridi
TÖRƏDİLMƏK
TÖRƏMƏK
OBASTAN VİKİ
Törəmə
Törəmə — funksiyanın hər hansı verilmiş bir nöqtədə dəyişmə sürətini göstərir. y=f(x) funksiyası hər hansı a nöqtəsində kəsilməzdirsə, arqumentin sonsuz kiçilən artımına funksiyanın da sonsuz kiçilən artımı uyğun olur ki, bu təklifin əksi də doğrudur. Yəni arqumentin a nöqtəsindəki sonsuz kiçilən artımına funksiyanın da bu nöqtədə sonsuz kiçilən artımı uyğundursa, funksiya bu nöqtədə kəsilməzdir. Arqument artımı sifra yaxınlaşdıqda funksiya artımının arqument artımına nisbətinin limiti varsa, bu limitə f(x) funksiyasının a nöqtəsində törəməsi deyilir. Əgər Δ x {\displaystyle \Delta x} →0 şərtində Δ y Δ x = f ( x + Δ x ) − f ( x ) ( Δ x ) {\displaystyle {\frac {\Delta y}{\Delta x}}={\frac {f(x+\Delta x)-f(x)}{(\Delta x)}}} nisbətinin sonlu limiti varsa, onda həmin limitə y=f(x) funksiyasının x nöqtəsində törəməsi deyilir. Verilmiş x nöqtəsində törəməsi olan funksiyaya həmin nöqtədə diferensiallanan funksiya deyilir. (a, b) intervalının hər bir nöqtəsində törəməsi olan funksiya həmin intervalda diferensiallanan funksiya adlanır. Funksiyanın törəməsini tapmaq əməlinə həmin funksiyanın diferensiallanması deyilir. == Elementar funksiya törəmələri == Eksponensial və alqoritmik funksiyalar: d d x e x = e x . {\displaystyle {\frac {d}{dx}}e^{x}=e^{x}.} d d x a x = ln ⁡ ( a ) a x .
Törəmə landşaftlar
Törəmə landşaftlar — təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti nəticəsində ilkin landşaftların yerində formalaşmış landşaftlar. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sayəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir sıra misallar göstərmək olar. Bura Rusiya düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq meşələri), Aralıq dənizi sahili tipli kserofıt kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğramış savannaları, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fıstıq və palıd, ardıc və s. meşələrin yerində formalaşmış vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaşmalarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı, torpağın, mikroiqlimin və landşaftın digər komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir.
Törəmə meşələr
Törəmə meşələr – İnsan fəaliyyətinin və təbii (kortəbii) hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və digər xassələri dərindən dəyişir. == Növləri == Törəmə meşələr ağacların təbii əvəz olunması və təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa müddətli, uzunmüddətli və davamlı uzunmüddətli törəmə meşələrə.bölünür. Qısa müddətli törəmə meşələrdə bu proses əsas meşəyaradan ağac cinsinin (edifikatorun) bir nəslinin həyat müddətində Uzunmüddətli törəmə meşələrdə 2–3 nəsil, davamlı uzunmüddətli törəmə meşələrdə isə 3 nəsildən artıq müddətdə başa çatır.Azərbaycan respublikasında ilkin palıd və fıstıq meşlərinin yerinə törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə tutur.
Törəmə müəssisə
Törəmə müəssisə — başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır.Filiallar iş həyatının ümumi bir xüsusiyyətidir və bütün transmilli şirkətlər öz fəaliyyətlərini bu şəkildə idarə edirlər. == Haqqında == Başqa bir (əsas) iş ortaqlığı və ya bir şirkət, nizamnamə kapitalında üstün iştirak səbəbi ilə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq və ya başqa bir şirkətin qəbul etdiyi qərarları müəyyən etmək imkanına malik olduqda hüquqi mövqedə olan bir iş şirkəti (Maddə 67.3) Rusiya Federasiyasının Mülki Məcəlləsi). İqtisadi baxımdan törəmə müəssisə, əmlakının bir hissəsini tam iqtisadi yurisdiksiyaya verərək başqa bir müəssisə (təsisçi) tərəfindən hüquqi şəxs kimi yaradılan bir müəssisədir. Törəmə müəssisənin təsisçisi cəmiyyətin nizamnaməsini təsdiq edir, rəhbərini təyin edir və şirkət haqqında qanunvericilik aktlarında nəzərdə tutulmuş törəmə müəssisəyə münasibətdə digər sahibkar hüquqlarını həyata keçirir. == Nəzarət == === Ümumi === "Nəzarət" sözü və onun törəmələri fərqli məzmunlarda fərqli mənalara sahib ola bilərlər. Bu anlayışlar qanunun müxtəlif sahələrində (məsələn, korporativ hüquq, rəqabət hüququ, kapital bazarları haqqında qanun) və ya mühasibatlıqda fərqli mənalara sahib ola bilər. Məsələn, A şirkəti B şirkətinin səhmlərini satın alırsa, əməliyyatın birləşmə nəzarətinə məruz qalmaması olduqca mümkündür (çünki şirkətin B şirkətinin rəqabət qanunlarına uyğun olaraq səhmlərin satın alınmasından əvvəl idarə olunduğuna inanılırdı), lakin eyni zamanda A şirkətindən Müvafiq mühasibat qaydalarına uyğun olaraq B Müəssisəsini maliyyə hesabatlarına birləşdirməyə başlamağınız lazım ola bilər (satın alınmadan əvvəl mühasibat uçotu məqsədləri üçün ortaq müəssisə kimi istifadə edildiyi üçün). Nəzarət birbaşa ola bilər (məsələn, əsas ana müəssisə birbaşa birinci dərəcəli törəmə müəssisəni idarə edir) və ya dolayı (məsələn, son ana ikinci və aşağı səviyyəli törəmə şirkətləri dolayı yolla birinci səviyyəli törəmə şirkətlər vasitəsilə idarə edir). == İstinadlar == == Ədəbiyyat == rus dilindəБорисов А. Б. Большой экономический словарь. — М. : Книжный мир, 2003.
Xüsusi törəmə
Xüsusi törəmə, çoxdəyişənli funksiyanın digər dəyişənləri sabit saxlanmaqla bir dəyişənə görə törəməsidir. f ( x , y , … ) {\displaystyle f(x,y,\dots )} funksiyasının x {\displaystyle x} dəyişəninə görə xüsusi törəməsi ∂ f ∂ x = lim h → 0 f ( x + h , y , . . . ) − f ( x , y , . . . ) h {\displaystyle {\frac {\partial f}{\partial x}}=\lim _{h\to 0}{\frac {f(x+h,y,...)-f(x,y,...)}{h}}} kimi təyin olunur. f {\displaystyle f} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi f x ′ , f x , ∂ x f , D x f , D 1 f , ya da ∂ ∂ x f {\displaystyle f'_{x},f_{x},\partial _{x}f,\ D_{x}f,D_{1}f,{\text{ ya da }}{\frac {\partial }{\partial x}}f} kimi də ifadə oluna bilər. Bəzi hallarda, təyin olunmuş z = f ( x , y , … ) {\displaystyle z=f(x,y,\ldots )} funksiyası üçün z {\displaystyle z} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi ∂ z ∂ x {\displaystyle {\tfrac {\partial z}{\partial x}}} kimi ifadə edilir.
Törəmə Maliyyə Alətləri
Törəmə maliyyə alətləri – ikinci dərəcəli qiymətli kağızlardır. Törəmə maliyyə alətləri halında fond bazarının iştirakçısı fiktiv kapitalın (səhmlər, istiqrazlar)özü ilə deyil, bu kapitalın alqı-satqısı üzrə əməliyyat aparmaq hüququ verən sənədlə işləyir. Törəmə maliyyə alətləri – klassik qiymətli kağızlarla (birinci dərəcəli qiymətli kağızlar) əməliyyatlar aparmaq hüququ verən müqavilə növüdür: opsionlar, fyuçers müqavilələri, varrantlar və s. Onların əsas təyinatı – sənəd sahibini birja oyununda zərərdən sığortalamaq, eləcə də inflyasiya və iqtisadi qeyri-stabillik şəraitində onun müdafiəsini təmin etməkdir. Opsion və fyuçerslər sanballı birincili və ikincili bazarlara malikdirlər və fiktiv kapitalla əməliyyatlar aparmaq üçün əsas elementlər sayılırlar. === Törəmə Maliyyə alətlərinə dair nümunələr: === == Opsionlar == Opsion öz sahibinə müqavilədə fiksə olunmuş məzənnə üzrə (icra qiyməti) müəyyən miqdarda səhmləri gələcəkdə müəyyən tarixə ya da müəyyən vaxt ərzində (Amerika opsionu)bu sövdələşməni həyata keçirmək mükəlləfiyyəti olmadan opsionu yazan şəxsdən almaq və satmaq hüququ verir. Opsion 2 növü var: coll və put options === 1.1.Call-opsion === Call – opsion ("koll-opsion") – opsionu yazmış şəxsdən müəyyən miqdarda səhmlərin alınması üçün olan opsiondur. === 1.2. Put-opsion === Put-opsion("put-opsion") —opsionu yazmış şəxsə müəyyən miqdarda səhm satmaq üçün olan opsiondur. == Stellaj == Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır.
Cəhənnəm törəməsi (film, 1994)
Cəhənnəm törəməsi — 1994-cü ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmin rejissoru Aaron Norrisdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalında göstərilmişdir. == Məzmun == Şetter (Çak Norris) və Cekson (Kelvin Conson) İsrail ravvinin qəddar qətlini araşdırmaq üçün göndərilən iki Çikaqo polisidir. İstintaq başlayan zaman Şetter və Cekson sorğu üçün İsrailə çağırılır. Gələndən sonra onlar başa düşürlər ki, Prosatanos adlı bir varlıq təqib edirlər. Prosatanos 1951-ci ildə səhv nəticəsində qəbirdən çıxmışdır... == Rollarda == == Xarici keçidlər == Cəhənnəm törəməsi — Internet Movie Database saytında.
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. == Qocalıq ziyilləri == Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır.Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır == Qocalıq keratoması == Qocalıq keratoması (lat. Keratosus senilis )-Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. == Sənayedə alınması == Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. == Fiziki xassələri == Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
İmidazolin törəmələri
Korroziya problemi dünya ölkələrinin müxtəlif sənaye sahələrində xüsusilə neftin emalı və nəqli sahəsində iqtisadiyyata vurduğu ziyana görə öz aktuallığını hələ də saxlayır. Bu problemin həlli istiqamətində bir çox elmi tədqiqat işləri və nəticələr əldə olunsa da effektiv həll yolu hələ də elmi tədqiqatçıların axtarışındadır. Korroziyadan müdafiənin həm iqtisadi həm də ekoloji baxımdan ən optimal üsulu inhibitorların yaradılması və tətbiqi üsuldur. Korroziya yaranmasına səbəb olan amillər bir neçə istiqamətdə olduğundan inhbitorların da maksimum çoxfunksiyalı olması zəruridir. Bu baxımdan biz də öz tədqiqatlarımızda əsasən karbon qazı korroziyasına və sulfatreduksiyaedici bakteriyaların səbəb olduğu H2S korroziyasına qarşı inhibitor-bakterisidlərin sintezini qarşımıza məqsəd qoymuşuq. Məlumdur ki, tərkibində azot saxlayan üzvi birləşmələr — aminlər, amidlər, imidazolinlər, imidazollar korroziya inhibitorları kimi müvəffəqiyyətlə tətbiq olunurlar. İmidazolin birləşmələri və onların törəmələrinin sintezi, xassələri və tətbiqinə aid ədəbiyyatda geniş məlumatlar verilir. Bu birləşmələrin korroziya inhibitoru kimi xassələrinin onların molekul quruluşundan asılılıqları izah olunmuşdur. Metal səthində bu molekulların adsorbsiyası heteroatomda iki qat rabitənin və tək elektron cütünün olması ilə müəyyənləşir. Turş mühitlərdə metal səthində yağ turşularının imidazolinlərinin korroziya inhibitor xassələri Şaker və başqaları tərəfindən öyrənilmişdir.

Digər lüğətlərdə

гла́сность костя́нка кра́бик обызвествле́ние поора́ть раку́шник символи́стика сы́тно антиобще́ственно бесцве́тность лю́лька отшлифо́вываться пересочини́ть плацка́ртный столько Cornwall hockey irremeable juiced motional photojournalism vested interests бифштекс воробьиный фокстротный