TRAMVÁY

[ing.]
1. Yerüstü relsli şəhər elektrik nəqliyyat növü.
2. Bir və ya bir neçə vaqondan ibarət qatar. Tramvaya minmək. – İndi tramvay daha enli bir küçə ilə gedirdi. M.Hüseyn.
3. Canlı dildə bəzən şəhərətrafı elektrik dəmir yoluna və onun qatarına verilən ad. Gəl minək tramvaya, gedək bir Buzovnaya; Bir heykələ bənzəyir sahilində hər qaya. S.Rüstəm. ◊ Çay tramvayı – şəhər dairəsində çayda hərəkət edən kiçik sərnişin gəmisi və ya kateri.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TRAMVAY 1. трамвай; 2. трамвайный; ətraflı

Azərbaycanca-rusca lüğət

TRAMVAY I сущ. трамвай: 1. городская наземная электрическая железная дорога 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

TRAMVAY TRAMVAY Trolleybus gözə dəymir, tramvay yox kimidir, avtobuslar da çox azdır, əsasən böyük şəhərlər arasında işləyir (M.İbrahimov); ŞÖMƏNDÜFƏR (arx.) Elektrik qüvvəsindən min bir cana gələrək; O hazırlar yer altında şöməndüfər yolları (S.Vurğun). ətraflı

Author: Obastan; Publisher: Obastan