Azərbaycan dilinin izahlı lüğətində TRANZİT sözün mənası. Толковый словарь азербайджанского языка.

[lat. transitus – keçid] Yolda üçüncü bir ölkədən keçməklə, bir ölkədən digərinə və ya aralıq məntəqələrdən keçməklə bir məntəqədən digərinə yük və ya sərnişin daşıma. // Tranzit qaydası ilə həyata keçirilən. Tranzit ticarət. Tranzit yükdaşıma. // Təyin olunmuş yerinə qədər tranzit qaydası ilə daşınan; tranzit qaydası ilə gedən. Tranzit vaqon. // Müəyyən məntəqədə bir qatardan düşüb, o birisinə minməklə təyin olunmuş yerə gedən. Tranzit sərnişin. // Belə sərnişinlər üçün olan. Tranzit bilet. Tranzit kassa. Tranzit zal.
← TRANZİSTORLU

sif. Tranzistoru olan, tranzistorla işləyən. Tranzistorlu radiocihaz.

TRAP →

[holl.] 1. Gəmidə pilləkən. Maşın şöbəsinin trapı.