[fr. tribune, əsli lat. tribunal]
1. Stadionlarda, meydançalarda camaat, tamaşaçılar və ya parad qəbul edənlər, nümayişi təbrik edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. Mərkəzi tribuna. – Firidun və Kürd Əhməd özlərini ikinci mərtəbədə bir evin balkonunda düzəlmiş tribunaya çatdırmağa cəhd edirlər. M.İbrahimov.
2. Xitabət kürsüsü. Əynində hərbi köynəyi olan ortayaşlı bir adam tribunaya qalxdı. Ə.Sadıq. // məc. Siyasətçilərin, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, mühit. Ədəbi tribuna.
← TRİBÚN

[lat.] 1. tar. Qədim Romada müxtəlif vəzifəli şəxslərin adı.

TRİBUNÁL →

[lat.] 1. Hərbi və çox ağır mülki cinayət işlərinə baxan fövqəladə məhkəmə orqanı.