TULUQ

is.
1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi. Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir. S.Vurğun. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev.
2. Bax dol. Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi. Y.Əzimzadə.
3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü. [Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. Çəmənzəminli. [Həsənov:] Deyirlər ki, .. fermaya get, bir tuluq yağdan, pendirdən götürmə.. M.İbrahimov. ◊ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir. Şişib tuluğa dönmək – 1) çox şişmək; 2) həddən artıq kökəlmək.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

TULUQ I сущ. 1. бурдюк (мешок из овечьей или козьей шкуры для хранения и перевозки воды, молока, вина и других жидкостей) 2. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

TULUQ Mənası rus dilində belə açıqlanıb: “надувной мешок”. Bu, nə deməkdir? Qabaqlar sudan keçmək üçün dər ətraflı

Author: Obastan; Publisher: Obastan