TÜFEYLİ

is. [ər.]
1. biol. Başqa orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki; parazit. Bit camışın xüsusi tüfeylisidir. A.Ağabəyli. // Sif. mənasında. Tüfeyli bitkilər.
2. məc. Başqasının zəhməti hesabına yaşayan adam; müftəxor, parazit. Cəfər irəli yüyürüb tapançanı xozeyindən almaq, böhtan danışan və yalan şayiə yayan bu tüfeylini camaat içərisində ifşa etmək istədikdə tapança açıldı. Ə.Vəliyev. Beləliklə, Rüstəm bəyi əhatə edənlər ..cəmiyyətin tüfeyliləridir. Ə.Sultanlı. // Sif. mənasında. Tüfeyli siniflərin ləğv edilməsi. Tüfeyli həyat.
3. dan. Söyüş kimi işlədilir. Tüfeylinin biri.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

TÜFEYLİ 1. паразит, тунеядец, дармоед, шаромыга; 2. паразитический, чужеядный; ətraflı

Azərbaycanca-rusca lüğət

TÜFEYLİ I сущ. паразит: 1. биол. растение или животное, живущее на поверхности или внутри другого организма и питающееся за счёт последнего. ətraflı

Azərbaycan dilinin antonimlər lüğəti

TÜFEYLİ TÜFEYLİ – ZƏHMƏTKEŞ Tüfeyli həyatdan əl çək, adam ol (C. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

TÜFEYLİ I. i. parasite, sponger; idler, drone II. s. parasitic(al) III. z. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

TÜFEYLİ TÜFEYL(İ) ə. 1) başqasının kökündən və ya qanından qidalanan (bitki və yaxud həşərat); 2) m. ətraflı

Author: Obastan; Publisher: Obastan