Azərbaycan dilinin izahlı lüğətində TÜFƏNG sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Uzun, ya qısa lüləli, əllə tutulub atılan odlu silah. Ov tüfəngi. Qoşalülə tüfəng. Tüfəng atmaq. – Bəxtiyar tüfəngi doldurub qalxdı; Zilləyib gözünü bir az da baxdı. S.Vurğun. [Qarakişi] içəri girəndə əvvəlcə tüfənginin lüləsi göründü. B.Bayramov.
← TÜFEYLİLİK

is. 1. biol. Bir orqanizmin o biri orqanizmdən qida mənbəyi kimi istifadə etməsi; parazitlik, parazitizm.

TÜFƏNGLİ →

sif. Tüfəngi olan, tüfənglə silahlanmış. Tüfəngli əsgər.