Azərbaycan dilinin izahlı lüğətində TÜKƏNMƏK sözün mənası. Толковый словарь азербайджанского языка.

f. Qurtarmaq, bitmək, tamamilə işləyib qurtarmaq, daha qalmamaq. ..Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov. Yusifgilin kənardan çəkib gətirdikləri ələf də tükənirdi. B.Bayramov. // Sona çatmaq, bitmək, qurtarmaq. Ömrün tükənib oldu nəhayət şəbi-vəslin. S.Ə.Şirvani.
← TÜKƏNMƏ

“Tükənmək”dən f.is.

TÜKƏNMƏZ →

sif. Tükənməyən, bitməyən, bitməz, qurtarmayan, qurtarmaz, çox, saysız-hesabsız.