TÜKƏNMƏK

f. Qurtarmaq, bitmək, tamamilə işləyib qurtarmaq, daha qalmamaq.
…Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov.
Yusifgilin kənardan çəkib gətirdikləri ələf də tükənirdi. B.Bayramov.

// Sona çatmaq, bitmək, qurtarmaq.
Ömrün tükənib oldu nəhayət şəbi-vəslin. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÜKƏNMƏK qurtarmaq — bitmək
  • TÜKƏNMƏK qurumaq — çəkilmək — azalmaq
TÜKƏNMƏ
TÜKƏNMƏZ

Digər lüğətlərdə

замежёвывание подкисля́ться превозноси́ться разма́тывание сравни́тельно эмульги́роваться аудиокассе́та зако́нченный кров мульчи́роваться патронта́шный проду́мывать стоп-сигна́л урю́ковый катакомба козытать diagrammatically fox-terrier kaka radio sound hole sure thing растрепаться темнота томагавк