TÜKSÜZ

sif.
1. Tükü olmayan, qılsız. Tüksüz dəri.
2. Üzünə hələ tük gəlməmiş (yeniyetmə oğlan haqqında).
// Üzü qırxılmış, üzündə tük olmayan.
Rəhimlinin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.

3. Tükü olmayan (bax tük 4-cü mənada).
[Pambığın] bütün hissələri, ya azca tüklü, ya da tamam tüksüz olur. Pambıqçılıq”.

TÜKLÜPAPAQ
TÜKÜGÖDƏK
OBASTAN VİKİ
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. == Botanik təsviri == Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. == Yayılması == Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Tüksüz dəniz donuzu
Neophocaena phocaenoides (lat. Neophocaena phocaenoides) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin neophocaena cinsinə aid heyvan növü. Əsasən isti sularda yaşayır. Onlara Yaponiya sahillərindən tutmuş Cənubi Afrika sahillərinə qədər ki ərazilərdə rast gəlmək olar. Sakit okean suları əsas arealı hesab edilir. Onları hətta Kuril adalarının cənub rayonlarınds belə görmək olur. Dayazlıqlarda, sahilə yaxın ərazilərdə üzürlər. Bəzən çayların axarının əksinə min km məsafə qət edirlər (Yanszı çayı ilə 1800 km). Qruplar halında hərəkət edirlər. Adətən hər qrupda 5–6 fərd olur.

Digər lüğətlərdə

дунст зубри́лка кинорежиссёр левша́ надхря́щница не в ладу́ неопублико́ванный отраже́ние отчего́-либо попёнок температу́рка уретри́т неоге́новый попроша́йнический стеклова́тый стра́ждущая керкать кибры лантрига obviate perspective weather strip ошарашивать першить преспокойно