TÜKÜRPƏRDƏN, TÜKÜRPƏRDİCİ

sif. Adamın tüklərini ürpərdən, çox ağır, sarsıdıcı, dəhşətli. Tükürpərdən (tükürpərdici) mənzərə. – Daşürəkli keşikçilər belə [xanın] tükürpərdən bir səslə: “Oğul... Buğac!..” fəryadını eşidəndə sarsılırdılar. M.Rzaquluzadə.