BİABIR

sif. [ fars. ] Abırsız.
□ Biabır etmək (eləmək, eyləmək) – abırdan salmaq, rüsvay etmək, adını ləkələmək.
[Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm. Ə.Haqverdiyev.
[Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən? C.Cabbarlı.
[Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm. M.Hüseyn.

Biabır olmaq – rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq.
[Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq. C.Məmmədquluzadə.
[Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq. C.Cabbarlı.
[Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİABIR abırsız — həyasız

Etimologiya

  • BİABIR Farsca bi (-sız), ab (su), ru (üz) hissələrindən ibarətdir. “Üzündə suyu olmayan” (abırsız) deməkdir
Bİ...
BİABIRCASINA

Digər lüğətlərdə

башки́ры загуща́ть защи́та ладо́ши наэлектризова́ться незате́йно одни́м сло́вом рамооборо́т вялова́тость кровавая ба́ня музе́й не́уч огово́рочка подстёга корзно Сорога attenuate comminutor equiparation Jeff polyptych закаяться ненастроенный сеяльщик тарелка