UCADAN

zərf
1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq.
[Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov.
[Dürrə adamların] bu sözünü eşidib ucadan soruşdu. S.Vəliyev.

2. məc. Yüksək mövqedən, yuxarı vəzifədən.
İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCADAN UCADAN Yolçuzadə.. hərdən çox ucadan danışır (Ə.Kərim); BƏRKDƏN [Müsahib:] Çayı bir az da bərkdən desənə!
  • UCADAN hündürdən — bərkdən — qəlbidən

Antonimlər (əks mənalı sözlər)

  • UCADAN UCADAN – ASTADAN Bu sözlərdən qaşı çatılan zabit öz batıq səsi ilə bir az da ucadan xəbər aldı (M.Hüseyn); Məyus halda bir neçə dəfə kirpik çalaraq, o
UCABOYLU
UCAQAMƏT

Digər lüğətlərdə

вдева́ться домострои́тельный за- ка́торга корчма́ мних притворя́шка проница́емость тилили́кать ха́ркание выпи́сывать запека́ние пультово́й туши́ть Березина amphibolic avital bear-hug chironomy copter drowsy fag fruit-store кипение поцапаться