UCDAN-QIRAQDAN, UCDAN-QULAQDAN

zərf Başqalardan, özgələrdən; bilavasitə deyil, bilvasitə. Ucdan-qıraqdan qulağına dəyən sözlər Hürüyə mənasız görünürdü. M.İbrahimov. [Rəşid:] Mən nəfəs almadan, heç olmasa ucdan-qulaqdan bir şey eşitməyə çalışdım. İ.Hüseynov.