UCQAR

is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu”. ..Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən kənarda olan hissəsi, məhəlləsi. Ucqarlara suçular su daşıyırdılar. A.Şaiq. Şəhərin ucqarı olan bu küçədə .. heç kəs gözə dəymirdi. Ə.Məmmədxanlı. // Uzaq. Mənə gəl-gəl deyir hər ev, hər ocaq; Yurdumun ən ucqar bucağındayam. S.Rüstəm. Divardan asılmış Azərbaycan xəritəsində ucqar dağlar qoynunu göstərdi. M.Rzaquluzadə. // Ölkənin, dövlətin mərkəzdən uzaqda olan vilayəti, rayonu.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

UCQAR 1. окраина; 2. окраинный; ətraflı

Azərbaycanca-rusca lüğət

UCQAR I сущ. окраина: 1. край, крайняя часть какого-л. места, местности и т. ətraflı

Author: Obastan; Publisher: Obastan