UD₁

is. [ ər. ] Vətəni Hindistan sayılan, yandırılanda xoş iy verən bir ağac (xoş qoxu vermək üçün otaqlarda xüsusi qablarda – buxurdanlarda yandırılardı).

Omonimlər

  • UD UD I is. [ ər. ] bot. Hindistanda bitən və yandırıldıqda xoş iyi verən ağac adı. UD II is. [ ər. ] mus
UÇUŞMAQ
UD₂
OBASTAN VİKİ
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Söz açımı == "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır.Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. == Tarixçə == Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır. Udun özünəməxsus qüdrətli səsini dahi Məhəmməd Füzuli "Yeddi cam" əsərində belə təsvir etmişdir: Ud və rud çağdaş Avropa gitara və mandolinanın atalarıdır.
UD Almería
Almeriya və ya Almeriya İdman Birliyi (isp. Unión Deportiva Almería) — İspaniyanın Almeriya şəhərində yerləşən futbol klubu. 26 iyul 1989-cu ildə Almeriya Futbol Klubu kimi təsis edilmiş, 2001-ci ildən Almeriya İdman Birliyi adlandırılmışdır. Klub hazırda 2022-ci ildə İspaniya ikinci futbol divizionu titulunu qazandıqdan sonra İspaniya Primera Divizionunda oynayır və ev oyunlarını 15,274 yerlik Estadio de los Juegos Mediterráneosda keçirir.
Ud Ana
Ud Ana - türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur.
Ud Ata
Ud Ata - türk, monqol və altay mifologiyasında Buğa Tanrı. Uy Ata və ya Ut Ata da deyilir. Buğa (Buga, Boğa, Buka) Ata təbiri də istifadə edilər. Moğollar Buh (Buk) Ecege deyərlər. Öküzləri qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, soylarının buğadan törədiyine inanar. Oğuz xana adını verən də Buğa Atadır. Müqəddəs Ay boğası olaraq təyin olunar. Qəhrəmanlarda buynuz anlayışı boğadan ilhamlanmışdır.
Ud Ağac
Ud Ağac (fars. عوداغاج‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 30 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 63 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Alban-udi xristian icması
Allium udinicum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Birinci Udullu bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bulbophyllum uduense
Bulbophyllum cylindrobulbum (lat. Bulbophyllum cylindrobulbum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cylindrobulbum növü Papuasiya, Yeni Kaledoniya ərazilərində yayılmışdır. == Sinonim == Bulbophyllum acutibrachium J.J.Sm. Bulbophyllum angiense J.J.Sm. Bulbophyllum constrictilabre J.J.Sm. Bulbophyllum cordilabrum P.Royen Bulbophyllum disjunctibulbum J.J.Sm. Bulbophyllum equivestigium Gilli Bulbophyllum ferruginescens Schltr. Bulbophyllum govidjoae Schltr. Bulbophyllum imitans Schltr.
Dil-udlaq siniri
IX cüt kəllə (Dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus - X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.
Gennadi Udovenko
Gennadi İosifoviç Udovenko (ukr. Геннадій Йосипович Удовенко) — ukraynalı siyasətçi. == Həyatı == Gennadi İosifoviç Udovenko 1931-ci ildə Ukraynada, Kiyev şəhərində anadan olub. 1954-cü ildə Kiyev Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Müxtəlif illərdə Ukraynanın Tikinti Sənayesi Nazirliyində nazirin katibi və Nazirliyin kollegiyasının katibi, Kiyevətrafı rayonlardan birində kolxoz sədri, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi qurumlar bölməsində məsləhətçi, I katib, sonra həmin bölmənin rəisi, xarici işlər nazirinin müavini (1980–85) vəzifələrində çalışıb. Eyni zamanda, sovet hakimiyyəti illərində əvvəlcə BMT–nin Cenevrədəki katibliyinin, sonra bu qurumun Nyu–Yorkdakı katibliyinin əməkdaşı, Ukraynanın BMT–dəki fövqəladə və səlahiyyətli səfiri, qurumun Nyu–Yorkdakı katibliyində Ukraynanın daimi nümayəndəsi olub. 1991–1992-ci illərdə yenə də XİN–də nazir müavini, BMT–nin Nyu–York katibliyində Ukraynanın daimi nümayəndəsi təyin edilib. 1994–1998-ci illərdə XİN rəhbəri olub və ölkəsini müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Üçüncü və dördüncü çağırışlarda xalq deputatı seçilib. Prezident yanında insan haqları, milli azlıqlar və beynəlxalq münasibətlər komitəsinin rəhbəridir.
Nadejda Udaltsova
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва) (d. 1886 - ö. 1961) — rus avanqard rəssam (suprematist, kubist). == Həyatı == Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb. Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub. Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib. 1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb.
Poco's Udon World
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. == Məzmun == Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. == İlham == Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. == Qoy vuki udsun == "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Rhynchocyon udzungwensis
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Salix udensis
Saxalin söyüdü (lat. Salix udensis) – söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
TCP və UDP port nömrələrinin siyahısı
TCP və UDP port nömrələrinin siyahısı — Bu, şəbəkə tətbiqlərinin işləməsi üçün protokolların istifadə edildiyi TCP və UDP port nömrələrinin siyahısıdır. TCP və UDP-nin iki istiqamətli trafik üçün yalnız bir porta ehtiyacı var. Əgər varsa, müvafiq TCP və ya UDP tətbiqinin xidmətlərinə uyğun port nömrələrindən istifadə edirlər. İnternet Təyin edilmiş Nömrələr Təşkilatı (IANA), xüsusi istifadə üçün liman nömrələrinin rəsmi təyinatlarının saxlanmasından məsuldur. Bununla birlikdə, həm tanınmış, həm də qeydiyyatdan keçmiş liman nömrələrinin bir çox qeyri-rəsmi istifadəsi praktikada baş verir. Eynilə, bir çox rəsmi tapşırıq heç vaxt istifadə edilməyən və ya artıq istifadə edilməyən protokollara aiddir.
Torpağın udma qabiliyyəti
Torpağın udma qabiliyyəti— müxtəlif maddələrin ion və molekullarının torpaq tərəfindən udulub saxlanması, onun bərk fazası ilə təmasda olan müxtəlif maddələri torpağın özündə saxlamaq xassəsi. K.K.Hedroyss torpağın udma qabiliyyətini bioloji, mexaniki, fiziki, kimyəvi və fiziki-kimyəvi xassələrə ayırmışdır. == Bioloji udma qabiliyyəti == Torpağın bioloji udma qabiliyyəti bitki köklərinin və mikroorqanizmlərin maddələri toplamaq qabiliyyətidir. Bioloji udma qabiliyyətinin torpaqmələgəlmədə böyük əhəmiyyəti vardır. == Mexaniki udma qabiliyyəti == Torpağın mexaniki udma qabiliyyəti torpaq məsamələrinin yüksək dispersli hissəcikləri udmasıdır. == Fiziki udma qabiliyyəti == Torpağın fiziki udma qabiliyyəti torpağın çox xırda hissəciklərinin maddələri özünə cəlb etməsidir. == Kimyəvi udma qabiliyyəti == Torpağın kimyəvi udma qabiliyyəti torpaqda gedən kimyəvi reaksiya nəticəsində pis həll olan və çöküntü verərək torpağın bərk hissəsi ilə qarışmasıdır. == Fiziki-kimyəvi udma qabiliyyəti == Torpağın fiziki-kimyəvi udma qabiliyyəti torpağın bərk hissəsi ilə torpaq məhlulu kationları arasındakı mübadilədir. Torpağın bu udma qabiliyyəti dağ süxurlarının aşınmasında, torpağın yuyulmasında əsas rol oynayır, bütün torpaq proseslərinə təsir edir, torpağın məhsuldarlığı ilə sıx əlaqədardır.
UDRP
UDRP- (eng.Uniform Domain Name Dispute Resolution Policy) – domen adları ilə bağlı mübahisələrin həlli üçün məhkəmədən xaric prosedur və siyasət. Bəzi yuxarı səviyyəli domen zonası – bütün ümumi domenlər (.biz, .com, .info, .name, .net, .org və s.), eləcə də bəzi milli domenlər (.hk, .in və s.) üçün tətbiq olunur. Bu prosedur 1999-cu ildə ICANN tərəfindən qəbul olunub. Uyğun qaydalar müəyyən olunan yuxarı səviyyəli domenlərin bütün qeydiyyatçıları və onların bütün müştəriləri müqavilələrində mübahisələri həll etmək üçün mütləq UDRP-dən istifadə etmək öhdəliyi götürürlər; başqa sözlə, UDRP domen adlarının qeydiyyat müqaviləsinin bir hissəsi olur. == Həmçinin bax == Domen adı DNS URL Kiberskvottinq Domen ICANN == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uda körfəzi
Uda körfəzi — Oxot dənizində, Xabarovsk diyarı sahillərində yerləşən körfəz. Sahil xətdinin uzunluğu 100 km, uzunluğu 100 km, eni 83 km, maksimal dərinliyi 36 metr təşkil edir. Qabarmalar günlük xarakter daşıyır. Oktyabrdan iyuna kimi buzla örtülü olur. Körfəzə Uda çayı çayı tökülür. Sahilində Çukiman limanı yerləşir.
Udabno monastırı
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir. == Təsviri == Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir. Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir.
Udacity
Udacity — əsası Sebastian Trun, Devid Stivens və Mayk Sokolski tərəfindən qoyulan şəxsi təhsil müəssəsidir. Təhsil onlayn verilir. Hal-hazırda (15 sentyabr 2013) 28 aktiv mövzu üzrə dərslər keçirilir. 2012-ci ilin yayında udacity dərslərinə 203 müxtəlif ölkədən tələbə qeydiyyatdan keçmişdir.
Udaqava Yoan
Udaqava Yoan (宇田川 榕菴, 9 mart 1798, Edo[d] – 22 iyun 1846 və ya 1846, Edo[d]) – Yaponiya alimi və həkimi. Qərb elmlərini öyrənmişdir. O, "Yaponiya botanikasının atası" hesab olunur. == Həyatı və karyerası == Udaqava Yoan 1798-ci ildə Yaponiyanın Oqaki hanında doğulmuşdur. Atası Ezava Yoci həkim idi. O, kiçik yaşlardan etibarən təbiətşünaslığa maraq göstərməyə başlamışdır. Atasının etirazlarına baxmayaraq, Tokuqava şoqunluğunun tərcüməçisi Baba Sacurodan holland dili dərsləri almışdır. 1811-ci ildə Qərb tibbi üzrə həkim Udaqava Şinsay tərəfindən övladlığa götürülmüşdür. Babanın ölümündən sonra holland dili dərslərinə Yoşio Çuciro ilə davam etmişdir.Udaqava 1817-ci ildə Tsuyama klanının rəsmi həkimi postunu qəbul etmişdir. 1822-ci ildə həkim Adaçi Çoşunun qızı olan Adaçi Seyo ilə evlənmişdir.

Digər lüğətlərdə

законопа́чивание ка́шлевый мопс недоспевать посяга́ть приводи́ть прикорми́ться противополо́жно трусли́вый тща́тельно загарпу́нивание неулови́мость транспортиро́вочный Моисеева дорога burble Emery gowk handshaker interglobular jam-pack tetrad vertical lathe баснословный корректурный ствол