URUQ

is. Ailə. Uruğum olsun, Urumda olsun. ( Ata. sözü ).
// Qəbilə, tayfa.

Sinonimlər (yaxın mənalı sözlər)

  • URUQ uruq bax 1. ailə; 2. tayfa 1
URÓLOQ
URUQVAYLILAR
OBASTAN VİKİ
Azərbaycan-Uruqvay futbol matçlarının siyahısı
Azərbaycan–Uruqvay futbol matçları
Azərbaycan–Uruqvay münasibətləri
Azərbaycan–Uruqvay münasibətləri — Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 11-də qurulmuşdur == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Mixail Zabelin işçi qrupunun rəhbəridir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı - (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.
Ermənistan–Uruqvay münasibətləri
Uruqvay—Ermənistan münasibətləri — Uruqvay və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır. == Tarix == Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır. 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir.
Nasyonal (Uruqvay)
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. == Tarixi == 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. == Uğurları == 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Uruqvay
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Uruqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado,qırmızı partiya.Uruqvayın siyası partiyasıdır.Rartiyanın əsasını konservanlar və sosial demokratlar təşkil edir.Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. == Tarixi == Partiya 1836-cı ildə qurulmuşdur.Siyasi təşkilat 1868-1959-cu illərdə ölkəni tək başına idarə etmişdir.1959-cu ildə iktidarı Uruqvay Milli Partiyasıya vermişdir.Növbəti 1966-cı il seçkilərində qalib gəlmişdir.Bunda əlavə 1984,1994,1999 cu illərdəki seçkilərdə qalib gəlmişdir. Partiya üzvlərindən Uruqvay prezidentləridə cıxmışdır.Bunlara misal: Fruktuoso Rivera,Venansio Flores,Xorxe Paceko Areko,Luis Batle Barreras,Xulio Mario Sanrinetti və Xorxe Luis Batle kimiləri göstərmək olar. == Son dönəm == 2004-ci il seçkilərində məçlisin 99 yerinə nisbətdə 10 yer,senatda isə 31 yer nisbətinə 3 yerə sahib olmuşdur.2004 prezident seçkilərində isə Qilermo Stirling 10,4% səslə partiya tarixində ən aşağı nəticə göstərir.
Uruqvay Milli Partiyası
Milli partiya (isp. Partido Nacional üstəlik Ağ partiya da adlandırılırdı isp. Partido Blanco) — Uruqvayın sağ yönümlü konservativ siyasi pardiyasıdır. Hazırda ölkəni idarə edən Geniş Cəbhə koalisiyasına daxil olan partiyalardan biridir. == Tarixi == Partiyanın əsası 10 avqust 1836-cı ildə Manuel Oribe tərəfindən qoyulmuşdur. Uruqvay Kolorado Partiyası ilə birlikdə ölkənin köklü partiyalarından sayılır. 1863-1865 ci illərdə baş verən Uruqvay müharibəsi nəticəsində Kolorado partiyası Milli partiyanı siyasi arenadan sıxışdırıb cıxarır. 1972-ci ildən partiya adını dəyişərək Ağ partiyadan Milli partiyaya çevrilir. XX əsrdə müəmmalı hadisə baş verir, belə ki, 1931-1959-cu illərdə Azad Milli partiya yaranır. Rəsmən iki partiya yaransa da rəsmilər ölkədə yalnız bir Milli partiyası olmasını bildirirlər.
Uruqvay SV
Uruqvay SV — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. == Tarixi == Klub 1962-ci ildə təsis edilmişdir.
Uruqvay Vətəndaş müharibəsi
Uruqvay vətədaş müharibəsi (isp. Guerra Grande) —Hərbi toqquşmalar Uruqvay Kolorado Partiyası və Uruqvay Milli Partiyası arasında baş vermiş 1839-1851 ci illəri əhatə etmişdir. Hər iki xariçi ölkələr müxtəlif yardım göstərirdilər.Onlar Braziliya imperiyası, Argentina Konfederasiyası,Britaniya imperiyası, Fransa və həmcinin İtaliyalı legionlar hansı ki,onlara Cüzeppe Qaribaldi dururdu. == Müharibədən əvvəlki vəziyyət == 30-cu illərdə siyasi həyat uruqvayda iki partiya : konservantlar Blankos(Ağlar) və liberallar Kolorados(rənglilər) arasında gərgin mübarizə gedirdi.Koloradosun rəhbəri Furktuoso Rivero idi ,onlar Montevideoda cəmləşmişdir.Blankos isə Manuele Oribe idi.Onlar kənd torpaq sahiblərini dəstəkləyirdilər. == Müharibənin başlaması == 1838-ci ildə Fransızlar Buenos Ayres limanını mühasirəyə alırlar amma quru qüvvələri olmaması onları müttəfiqlərə müraciət etməsinnə səbəb olur.Bu məqsədlə Fruktuos Rivera Uruqvay prezidenti Manuel Oribeyə qarşı cıxaraq onu hakimiyyətdən uzaqlaşdırır.Oribe Argentinaya qacmalı olur.Rosas Riveranı qanuni prezident kimi tanımır.Rivera və Xuan Lavale Buenos Ayresə hücuma hazırlaşır.Britaniya və Fransada münaqişəyə qoşulur,müharibə beynəlxalq xarakter alır.Blankos Manuel Oribe və Koloradosdan isə Rivera Arroya-Frandedəki toqquşmada Kolorados partiyası qoşunları darmadagın edilir.6 dekabr 1842-ci ildə Oribe Montevideonu muhasirəyə alır.Şəhərin müdafiəsində azad edilmiş qullar ,5000 kontingent,xariçi immiqrantlar ,Britaniya və Fransada iştirak edir.1845-ci ilin dekabrında Britaniya və Fransa Buenos Ayres limanını mühasirəyə alır.Bir müddətdən sonra dəniz donanması Montevideonun dənizdən müdafiəsini təşkil edir.1850-ci ildə Rasosla Britaniyə və Fransa arasında anlaşmaya əsasən donanma müharibədəm cıxarılır.Hamı Rasosun koloradosu məğlub edəcəyi bir anda Entre-Rios,Xusto Xose de Urkiso vilayyətləri üsyan edərək Riveroya yardım edirlər.Bunun nəticəsində 1851-ci ildə Oribe məğlub olur.May ayında isə Braziliya imperiyası Uruqvaya qoşun yeridir.Braziliya müttəfiqləri üsyan qaldıran vilayyətlərlə birlikdə 1852-ci ilin fevralında Koserasda baş vermiş döyüşdə Rosas məğlub olur. == Nəticə == Braziliya və Uruqvay arasında imzalanmış anlaşmaya əsasən Braziliya onun daxili işlərinə qarışmaq hüququ alır.Uruqvay kolorados partiyasına edilən maddi yarımın əvəzini ödəməyi öz üzərinə götürür. Müharibə iqtisadiyyata agır zərbə vurur.Əsas gəlir mənbəyi olan heyvandarlıq demək olar ki tam cökür.Uruqvay Kurari çayı hövzəsinə olan iddiyasınfa imtina edir.Bununlada onun ərazisi 176,000 km² qədər azalır.Hər iki partiya Ölkədə quldarlığı ləğv edərək onları ordunuya cəlb edirlər.Montevideo vəhil ərazilər Koloradosun nəzarətinə verilir.Blankos isə daxili bölgələrə nəzarəti üzərinə götürür.Montevideodakı mövqelərini itirməsinə qarşılıq Blankosa yarım miliyon dollar əvəz verilir. == Sonrakı toqquşmalar == Növbəti illərdə qarşıdurmalar olur.Ən güclüsu isə 1870-1872 illər Anario Sarabiinin başçılıq etdiyi inqilab daha kütləvi xarakter alır.
Uruqvay bayrağı
Uruqvay bayrağı — Uruqvayın Dövlət Bayrağı. Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilmişdir. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.
Uruqvay coğrafiyası
== Coğrafi mövqeyi və təbiəti == Müasir ərazisinin ölçülərinə görə Uruqvay Latın Amerikası ölkələri içərisində kiçik dövlətlərdən biridir. O, materikin cənub-şərqində, Uruqvay çayının şərq sahilində yerləşdiyindən Oriental del Uruqvay, yəni şərqi Uruqvay Respublikası adını almışdır. Ölkənin ərazisi cənub-qərbdə və qərbdə Argentina, şimalda və şərqdə Braziliya, cənub-şərqdə isə Atlantik okeanın suları ilə əhatələnir. Ərazinin Argentina ilə sərhəddi Uruqvay çayı və La-Plata boyu keçir. Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına şərait yaradır. Ərazinin relyefl təpəli-düzənlik xarakterlidir. Bəzi yerlərdə yüksəkliklər nəzərə çarpır. Maksimum hündürlük 600 m-dən çox deyildir. Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu qumlu düzənlik və xırda laqunlar uzanır.
Uruqvay erməniləri
Uruqvay erməniləri — Uruqvayda yaşayan ermənilərə verilən ümumi ad. ASALA tərəfindən 1970—1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Uruqvay ermənilərinin rolu olmuşdur.
Uruqvay himni
Uruqvay — Uruqvayın rəsmi dövlət himni. == Müəlliflər == Himnin mətni Paraqvay himni yazan Fransisko Acuña de Figueroa tərəfindən yazılmışdır. Mətn rəsmi olaraq 8 iyul 1833-cü ildə milli marş kimi qəbul edildi. Adətən yalnız onun ilk iki kupeti oxunur. Musiqi Fransisko Xose Debali və Fernando Kixano tərəfindən yazılmışdır, ehtimal ki, Donizettinin operasından musiqi mövzsiusuna əsaslanır. İlk dəfə bu musiqi 1945-ci il 19 iyulda reallaşdı və 25 iyul 1848-ci ildə rəsmən milli himni olaraq qəbul edilmişdir. 90 il sonra, 20 may 1938-ci ildə, Gerardo Qrasso və Benone Kalkavekkia tərəfindən təklif edilən layihə ilə dəyişikliklər edilmişdir. == Himnin mətni (ispan dilində) == ¡Orientales la Patria o la Tumba! ¡Libertad o con gloria morir! Es el voto que el alma pronuncia, ¡Y que heroicos sabremos cumplir!¡Libertad, libertad Orientales!
Uruqvay milli futbol komandası
== Tarixi == Səma-mavilər ilk dünya çempionatının meydan sahibi və qalibi kimi tarixə düşüb. 1930-cu ildəki yarışın finalında Argentinanı 4:2 hesabı ilə məğlub edən La selesta 20 il sonra ikinci dəfə mundialın qalibi oldu. Bu dəfə onlar məşhur “Marakana” stadionunda qeydə alınan tamaşaçı rekorduna baxmayaraq, meydan sahiblərini məğlub edib – 2:1. 200 mindən artıq azarkeşin izlədiyi oyundan sonra sambaçılardan biri oyunu belə şərh edib: “Qonaqların ikinci qolundan sonra tribunalara sükut çökdü. Sanki qurbağa gölünə daş atmışdılar. Milçəklərin səsi də eşidilirdi”. Məğlubiyyətin şokundan stadionda olan fanatlardan üçü infarktdan, biri isə özünü öldürməklə dünyasını dəyişdi. Həmin zəfərdən keçən 60 ildə uruqvaylılar yalnız dünya dördüncüsü olmaqla, kifayətlənib. Onlar 1954 və 1970-ci illərdə buna nail olub. La selesta sonuncusu 15 il əvvəl olmaqla, 14 dəfə (1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995) Cənubi Amerika çempionu titulunu qazanıb.
Uruqvay müharibəsi
Uruqvay müharibəsi — 1864-1865 ci ildə baş verən toqquşma Braziliya və Uruqvayın (Ağlar) partiyası arasında baş vermişdir.Braziliya ordusu 10 avqustda Uruqvay ərazisinı daxil olur və ölkənin icərilərinə doğru irəliləyir.1865-ci ilin fevral ayında münaqişə bitir.Braziliyalılar bu müharibəni Uruqvay müharibəsi (Guerra da Uruguai) Uruqvayda isə bu muharibəni Braziliya müdaxiləsi 1864 (İnvasión brasileno de 1864).Müdaxilə nəticəsində Prezident Atanasio Aqirre hakimiyyətdən uzaqlaşdlrılır. Yerinə "Kolorados" partiyasının rəhbəri Venansio Flores gətirilir.Bu da öz növbəsində yeni müharibəyə (Paraqvay müharibəsi) səbəb olur. == Müharibədən əvvəlki vəziyyət == Uruqvayda iki partiya (Kolorados və Ağlar) arasında daima mübarizə gedir.Dövlətin səriştəsizliyi sayəsinddə bu iki partiya daima şəxsi düşmənçilik və ideoloji mübarizə gedir.Bunun nəticəsində qarşılıqlı toqquşmalara və kütləvi ölümlərə səbəb olurdu.Uzun illər davam edən Uruqvay Vətəndaş müharibəsi nəhayət ki 1851 ildə bitir .1850-ci illərdə ölkədə barışıq sazişi imzalanır ki bu da ölkədə inşafa səbəb olur.Bu inşaf 'Fuzionizm' adlandırılır. Bir müddət sonra Kolorados partiyasının bəzi üzvləri bu inşafı Ağların hakimiyyətin gücləndiliməsinə səbəb olması bildirirlər və buna qarşı cıxırlar.Həmin üsyançılar tutulur və edam edilir.Flores fuzionizmə qarşı cıxaraq Argentinaya müraciət edir.Belə ki bu vaxt orada Argentina konfedarasiyası və Buenos Ayres hökuməti arasinda mübarizə gedir.Kolorados partiyası ilə Batolome Mitre arasına birgə mübarizə haqqında anlaşma imzalanır.Bu köməyin sayəsində 1861-ci ilə Pavon döyüşündə Argentina Konfederasiyası məğlub olur və Argentina birləşdirilir.1863-cü ilin may-iyun aylarında Mitre verdiyi sözə qisməndə olsa kömək edir.Flores hökumətə qarşı cıxır *Qurtuluş yürüşünə* cıxır.Uruqvay Paraqvayla ittifaqa girmək istəyi bir nəticə vermir amma Karlos Antonio lopesın oğlu bu birliyi dəstələyir .Səbəb o idi ki O Argentinanı Uruqvayı və Paraqvayı işğal etmək istədiyini (Rio de la Plata vice krallığının ərazisini bərpa etməsi) düşünürdü.1863-ci ildə Argentina federalistlərinin rəhbəri Urkiso bu birliyi qoşulur.Braziliya Uruqvayda hadisələri diqqətlə izləyirdi. 1852-ci ildəki Rosasodakı hücumdan sonra Braziliya Rio de la Plata hövzəsində hökümdarlıq etməyə başladı.Argentina və Uruqvaydakı tərəflər arasındakı mübarizədə hansısa tərəfin qüclənməsini Braziliya istəmirdi.Uruqvaydakı vətəndaş müharibəsi zamanı ordakı braziliyalılar bundan təbii ki zərər çəkir. Uruqvayın əhalisinin 18% (220,000)portuqalca danışırdı onlar özlərini Braziliyalı hesab edirdi.Floresın əsas tərəfdarları məz onlar idi.David Konabario və Antoniu di Soza Netu (ferropal cevrilişində iştirak edən) Braziliyanın paytaxtına gedərək nüdaxilə edilməsini tələb edir (səbəb isə uruqvaylıların braziliyalıları qırması və,fermaları dağıdır).Bu zaman Braziliyada vəziyyət fərqli idi.Belə ki Britaniya imperiyası ilə müharibə həddində idi.Buna baxmayaraq Braziliya öz gücünü nümayiş etdirmək üçün Uruqvaya qoşun yeritməyi düşünürdü. 1mart 1864-ci ildəBernardo Berronun prezidenlik müddəti bitir və onu Aqirre əvəz edir.Braziliya Uruqvaydakı münaqişənin bitməsi üçün ora nümayəndə göndərir.Montevideo hökuməti Paraqvayla ittifaqa arxalanaraq Braziliyanın təziqinə əhəmiyyət vermir.1864-cü ildə hökumət Braziliya,Argentin və Britaniyanın vasitəçiliyi ilə ağlar və kolorados arasında qanışıqlar başlanır.4 avqust danışıqlar dirənir. == Müharibənin başlaması == 10 avqust Braziliya Uruqvay ərazisinə soxulur.İlk öncə donanma su sərhədini pozur.24 avqustda Paraqvayın 'Villa del Salto' gəmisi braziliya gəmilərinə yaxınlaşaraq xəbərdarlıq atəşi acır sonra Argentina sularına çəkilir.30 avqustda buna cavab olaraq Uruqvay Braziliya ilə bütün əlaqələri kəsir.7 sentyabrda braziliyalılar gəmini ələ keçirmək istəyir .Bu zaman heyət gəminin braziliya donanmasına qismət olmaması üçün gəmini sahilə üzdürərək quma otuzdururlar.<<General Artigas>> gəmisi dokda idi amma Uruqvay gəminin braziliyalılar tərəfindən ələ keçməsini qarşısını akmaq üçün onu satırlar.Braziliyalıların Ağlara qarşı müharibəsindən istifadə edərək Flores və Sarayvo ilə danışıqlar başlayır.20 sentyabr sürətli məktublaşmadan sonra Floreslə Braziliya donanmasın admiralı Lisboa arasın gizli sazış imzalanır.12 oktyabrda Xose Luisa Meni Barret əsas qüvvələrdən ayrılaraq 2 gündən sonra Serro Lorqoya doğru irəliləyir.Kiçik toqquşmalar onun hücumunu ləngitsədə Ağların Melo şəhərini tərk etməsi ilə şəhər ələ keçirilir.Serro Lorqoye döyüşsüz daxil olan braziliyalı qüvvələr şəhəri koloradosa təhvil verərək 24 oktyabrda əsas qüvvələrin yanına qayıdır.Növbəti hədəf Salto şəhəri olur.Şəhər müdafiəçisi Xose 28 noyabrda şəhəri döyüşsüz təslim olur.Kolorados 4 top və 250 nəfəri ələ keçirir.Paysand şəhəri mühasirəyə alınır.6-8 dekabrda şəhərə hücuma keçsədə bir nəticə əldə olunmur.Agirre bura 3000 ordu və 4 top göndərir.Braziliya bura əlavə qüvvələr gəlir. 24 dekabrda Cənub ordusu Paysanda doğru irəliləyir 2 yanvarda şəhər tutulur.31 yanvarda ordu paytaxta yaxınlaşırdı.27 yanvarda 1865 Munos 1500 nəfərlə Braziliya sərhəddini keçir.Milli qvardiya ilə toqquşmadan sonra İnquaran şəhəri mühasirərə alınır .Munos şəhəri təslim olmağı tələb etsədə bir nəticə əldə etməyib geriyə Uruqvaya qayıdır.15 yanvarda Aqirrenin prezidenlik müddəti bitir onu Tomas Vilyalbu seçilir.Tomas Floreslə danışıqlara gedir.Razılaşmaya əsasən Flores rəsmi seçgilərə qədər prezident vəzifəsini yerinə yetirir. == Nəticə == Martın əvvəlində Floresin əsasən kolorados partiyasından ibarət hökumət təşkil edir.Yeni hökumət orduda və icra hakimiyətini Ağlardan və Fuzionistlərdən təmizləyir.Braziliya özünə Floresin timsalında müttəfiq tapır.Argentina isə bir tərəfdən Mitrenin köhnə dostunun Floresin hakimiyyətə gəlməsi qane edirdisədə bu müttəfiqlik nəticəsində Paraqvay müharibəsinə cəlb olunmasına səbəb olmuşdur.
Uruqvay tarixi
Uruqvay tarixi (isp. Historia de Uruguay; port. História do Uruguai) — Uruqvayın ümumi tarixini əhatə edir. == Erkən koloniyalaşma dövrü == İspanlar Uruqvaya 1516-cı ildə gəldilər. XV əsrdən etibarən ərazidə yayılmağa başlayan müxtəlif xətəliklər, qızıl və gümüş ehtiyatlarının az olması səbəbindən XVI və XVII əsrlərdə Uruqvayda yeni yerləşim sahələri məhdud sayda salınmışdır. Latın Amerikası bölgəsində üstünlük əldə etməyə çalışan ora əsrlərdə Avropanın iki böyük dəniz dövləti Portuqaliya imperiyası və İspaniya imperiyası Uruqvay üzərində nüfuz üstünlüyü əldə etmək üçün bir-biri ilə mübarizəyə başladı. 1603-cü ildə İspaniya imperiyası tərəfindən kənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədə camış fermaları yaradılır. Uruqvayda ilk koloniya 1624-cü ildə İspanlar tərəfindən salınır və Neqro çayının sahilində yerləşən həmin koloniya Soriano adlandırılır. İspaniya imperiyasının ərazidə möhkəmlənməsindən narahat olan Portuqaliya imperiyası 1669-1671-ci illərdə Sakramento koloniyasının əsasını qoyur və əlavə hərbi məqsədli bir necə qala inşa edir. İspaniya imperiyası Portuqaliyalı dəniz səyyahlarına və ölkəyə gələn Portuqal din misyonerlərinə qarşı ərazidə İspan yaşayış məntəqlərinin sayını sürətlə artırmağa başladı.
Uruqvay çayı
Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay. Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır). Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir. Uzunluğu təxmini 1600 km (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km² təşkil edir. Mənsəbdə eni 12 km çatır. Əsas qolları — İbikui və Rio-Neqro çayıdır. Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir.
Uruqvay Şərq Respublikası
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Salto (Uruqvay)
Salto ( isp. Salto), Uruqvayın şimal-qərbindəki Salto Departmanının paytaxtıdır . 2011 siyahıya almasına görə əhalisi 104.028-dir və Montevideo və Siudad de la Kostadan sonra Uruqvayın ən böyük üçüncü şəhəridir . == Coğrafiya == Şəhər, Rute 3 üzərində, Montevideonun təxminən 496 km (308 mil) şimal-qərbində və Rio Uruqvayın şərq sahilində, Argentinadakı Konkordia şəhərinin qarşısında yerləşməkdədir. Şəhərin təxminən 12 km (7,5 mil) şimalında, Salto Qrande su anbarının üzərine inşa edilən Salto Qrande Körpüsü iki sahili birləştirir. Təpələr və qayalıqlar üzərinə inşa edilmiş olan şəhər, eyni zamanda Salto Qrande su anbarının da yerləşdiyi Rio Uruqvayın 'böyük tullanma' şəlalələrinin yaxınında yer almaqtadır . Ərazi, dəniz səviyyəsindən 48 metre (157 fit) yüksəklikdə, çay sahilinin yanında alçaqdır. == İqlimi == Salto, günəşli və isti yayları, ara-sıra şiddətli yağışları və mülayim qışları ilə bölgəyə xas subtropik dəniz iqliminə sahipdir. == Mədəniyyət == Gənclər arasındakı məşhur aktivitələr arasında mate (bitkisəl bir içəcək) içmək, gecələri rəqsə getmək və həftə sonları Koncordiada alışveriş etmək üçün Argentinaya keçmek yer alır. Maraq doğurucu yerlərdən biri də şəhrə yaxın kordinatdakı termal hovuzlardır.

Digər lüğətlərdə

кусто́чек своево́лец сте́ржень трёхцве́тка Фаренге́йт дело про́шлое зала́ситься иго́льница кривая вы́несет предупрежда́ться релятиви́стка тупоголо́вость конгресс Dorchester holster hoplite long drink overthrown Recife splashy Swarajist неудобопроизносимый объятие подскребать усовершенствованный