UTANMAQ

f.
1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq.
Bolqar öz dilini bilmədiyindən xəcalət çəkəndə bizlər də öz dilimizdə danışmaqdan utanırıq. C.Məmmədquluzadə.
Qərənfil utanıb başını aşağı saldı. S.Rəhman.

2. Utandığından, xəcalətindən bir şeyə cəsarət etməmək. Ondan xahiş etməyə utanıram.
– Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. M.Hüseyn.
Gəlməyə utanan ( f.sif. ) qız indi cəsarətlə qapını döydü. S.Vəliyev.

// Çəkinmək (bu mənada bəzən “utanıb-çəkinmək” şəklində işlənir).
Nə var qızım, nə oldu sana? Utanma, dərdini aç, söylə mana. S.Vurğun.
Ümid yazdığı məktubun cavabını soruşmaqdan utanıbçəkinirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UTANMAQ UTANMAQ, HƏYA ETMƏK/ELƏMƏK (müxtəlif mənalarda) Baxır, sanki söyləyir həya et, utan barı; Dünya alçalan görüb hər zaman saxtakarı (M
  • UTANMAQ qızarmaq — həyalanmaq — arlanmaq — sıxılmaq — pərtləşmək — xəcalətlənmək — tutulmaq — çaşmaq — karıxmaq

Antonimlər (əks mənalı sözlər)

  • UTANMAQ UTANMAQ – SIRTIQLAŞMAQ Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırğının hesabı olmaz (S.Vurğun); Sırtıqlaşıb, özünüzü biabır etməyin

Etimologiya

  • UTANMAQ 1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən
UTANMADAN
UTANMAQSIZIN

Digər lüğətlərdə

глота́ться дрессирова́ние лучо́к неиспо́льзованный разнемо́чься сенси́бельный досади́ть излуча́ть креки́ровать ла́стиковый отвяза́ть переднева́ть поумне́ть расхлеба́ть кашу финики́йский хе́ресный варзать field-and-track French roll ground-line hard maple hobnail liver веселиться подбирать сабур