ÜLFƏT

is. [ər.]
1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. _Ülfət etmək (bağlamaq) – birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq. İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə. // Görüşmə, qaynayıb-qarışma.
2. Sevgi, məhəbbət. Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun.

Həmin söz digər lüğətlərdə:

Azərbaycan kişi adlarının izahlı lüğəti

ÜLFƏT dostluq, yaxınlıq; birinə qəlbən bağlanma. ətraflı

Azərbaycanca-rusca lüğət

ÜLFƏT сущ. 1. дружба, дружелюбие. İnsanlar arasındakı ülfət дружба между людьми, ülfət bağlamaq завязать дружбу 2. любовь ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ÜLFƏT dostluq — hüsn — rəğbət ətraflı
ÜLFƏT uyuşma — yovuşma ətraflı
ÜLFƏT həmrəylik — yekdillik ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ÜLFƏT ə. 1) alışma, ünsiyyət; 2) görüşmə, söhbətləşmə; 3) dostluq, məhəbbət; 4) həmrəylik, yekdillik. ətraflı

Author: Obastan; Publisher: Obastan