ÜSTÜAÇIQ


1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq.
[Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz. M.İbrahimov.
[Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənmişdi. Ə.Sadıq.

// zərf Üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan.
[Sultan bəy:] Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl, mənim üstümü basdır, indi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov.

2. zərf Açıq surətdə, açıq, gizlətmədən.
[Bəhlul:] Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. B.Bayramov.

ÜSTLÜK
ÜSTÜN

Digər lüğətlərdə

затере́ть зау́ченно кре́йсерство лесно́й переусе́рдствовать пупы́риться су́толочный трансля́ция треско́вый гармониза́ция дру́жность желтёшенький загусте́ть мешаться в уме́ нарывно́й нахо́хленный примири́тельно asterisk bird-nest bull session cut-offs hole out inclusion indolence nitride