ÜSTÜN

sif.
1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan. [Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! S.Rəhimov. [Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim. // Keyfiyyət və kəmiyyətcə daha yüksək, daha əlverişli olan. Əl əldən üstün olar. (Məsəl).
2. Qalib gələn, qələbə çalan, qalib. _Üstün gəlmək – qalib gəlmək, qələbə çalmaq. [2-ci cariyə Səyavuş haqqında:] Qəhrəmandır, üstün gəlir aslana! H.Cavid. Kərim baba sükutla başını tərpətdi. Ayrımqızı üstün gəldiyini hiss edərək özünü doğrultdu. A.Şaiq. Üstün tutmaq – bax üstünlük vermək (“üstünlük”də).

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÜSTÜN превосходящий, преобладающий ətraflı

Azərbaycanca-rusca lüğət

ÜSTÜN I прил. превосходный; превосходящий. Keyfiyyətinə görə üstün превосходящий по качеству, qat-qat üstün многократно превосходящий, во много раз превосходящий, hamıdan üstün превосходящий всех, üstün qüvvələr превосходящие силы, sayca üstün превосходящее числом; ağılca üstün превосходящий умом II предик. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

ÜSTÜN s. superior; ~ qüvvə hərb. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

ÜSTÜN Boy-un, üz-ün sözləri göstərir ki, -ün şəkilçisi həm də adlardan ad düzəldib. Üstün sözü üst kökündə ətraflı

Author: Obastan; Publisher: Obastan