ÜŞÜMƏK

f.
1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək.
Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət.
Soyuq yel əsməyə başladı.
Zəhra üşüdü. Ə.Vəliyev.

2. məc. Donuşmaq, soyuqdan büzüşmək.
Ay külək, dərədən iti əsmə, gəl; Axı tənha qovaq üşüyür orda. N.Xəzri.
Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜŞÜMƏK ÜŞÜMƏK Küçələrdə it soyuqdan zingildəyir, üşüyür (A.Səhhət); DİŞİ DİŞİNƏ DƏYMƏK [Nazı əri Mirzə Çopurova:]
  • ÜŞÜMƏK uçunmaq — əsmək — titrəmək
  • ÜŞÜMƏK donmaq — keyimək

Etimologiya

  • ÜŞÜMƏK Qış və üşümək sözləri eyni kökdən törəyib. Belə zənn etmək olar ki, sözün tarixi yaş kəlməsi ilə bağlıdır, yaş isə su (caş şəklində olub), yağış (çağı
ÜŞÜMƏ
ÜŞÜNMƏ

Digər lüğətlərdə

боеспосо́бность зака́льщица картёжничать милиа́рный отбелённый покупа́тельский прегостеприи́мно притемни́ть расфы́ркаться сибари́тски укоко́шить эмпириосимволи́ст партвзыска́ние сме́нный castigator napalm overtechnologize ski-joring wildcatter woollen напророчить полногласный пошевелиться прослужить разглашение