VACİB

sif. [ər.] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm. Vacib məsələ. Bu gün çox vacib işim var. – [Şəhrəbanı xanım:] Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir bura gəlsin, vacib işim var. M.F.Axundzadə. [Əbülhəsən bəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. Ordubadi. _ Vacib bilmək – özünə borc bilmək, lazım bilmək, zəruri hesab etmək. Kosa .. hələlik səbirli olmağı vacib bildi. S.Rəhimov. Vacib olmaq – yerinə yetirilməsi mütləq lazım olmaq, zəruri olmaq. Vacib oldu eyləmək ol biədəbdən ictinab. S.Ə.Şirvani. ◊ Vacib forma qram. – felin, iş və ya hərəkətin icra edilməsinin vacib olduğunu bildirən şəkli; məs.: oxumalıyam, qayıtmalı idim və s.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

VACİB необходимый, нужный, насущный, обязательный, неотложный ətraflı

Azərbaycanca-rusca lüğət

VACİB I прил. 1. необходимый, нужный. Vacib şeylər нужные вещи, vacib kitablar нужные книги, vacib kağız нужная бумага 2. ətraflı

Author: Obastan; Publisher: Obastan