Azərbaycan dilinin izahlı lüğətində VADİ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.]
1. İki dağ arasında böyük, uzun çuxur, düzən. Buranın [Dağıstanın] o biri dağlıq qismi bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov.
2. Çay yatağı, çayın axdığı yer. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. İ.Şıxlı.
3. məc. Sahə, meydan, zəmin. Mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbuturabın bu məqaləsini buraxıb keçə bilməzdi. C.Məmmədquluzadə. [Firidun] müharibə cəbhəsi adlanan bu ölüm vadisində özünün də bir gün məhv ola biləcəyi fikrini indidən ata-anasına bildirmək istəyir. M.Hüseyn.
4. məc. Klassik ədəbiyyatda səhra, çöl mənasında olaraq adətən tərkiblərdə işlənmişdir. Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn; Bir gecə xani-vüsali üzrə mehman etmədi. Füzuli. Salmış məni vadiyi-kəmanə; Bin qəmlərə eyləmiş nişanə. Məsihi. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir! Didələr oldu həmin munisi-qəmxar mənə. Q.Zakir.
← VADAR

[fars.] Məcbur, məcburiyyət qarşısında qalan.

VÁFLİ →

[alm.] Üzərində dama-dama naxışlar olan yüngül peçenye növü (bəzən içinə dondurma və s. tökmək üçün qovuq şəklində olur).