Azərbaycan dilinin izahlı lüğətində VAGİRLİK sözün mənası. Толковый словарь азербайджанского языка.

is. köhn. Vagirin işi. _Vagirlik etmək – başqası tərəfindən oxunan növhənin, mərsiyənin, yaxud nəğmənin son beytini təkrar etmək. ..Kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. Meyxana deyənlərə vagirlik eləyən bir dəstə oğlanın qıyya vuran səsləri göyə ucalmışdı. Ə.Məmmədxanlı.
← VAGİRƏ

is. [fars.] köhn. Bir neçə şəxs tərəfindən təkrar olunan son beyt və ya beytlər.

VAGÜZAR →

[fars.]: vagüzar etmək köhn. – həvalə etmək, tapşırmaq; birinin üzərinə, öhdəsinə qoymaq.