VAĞ

is.
1. zool. Əsasən balıqla qidalanan uzundimdik quş. Boz vağ su yaxınlığında yaşayır və orada da qidalanır; onun ayaqları uzun olur, nəinki pəncə lüləsində, hətta baldırının çox hissəsində tük olmur. “Zoologiya”.
2. məc. dan. Maymaq, ağzıaçıq, huşsuz adam haqqında. Ağzını ayırıb vağ kimi dayanıb.

Həmin söz digər lüğətlərdə:

Azərbaycan dilinin dialektoloji lüğəti

VAĞ I (Meğri) kömür yandırmaq üçün qazılan yer, çala. – Ə, na yeka vağ qazeysan ◊ Vağ basmax – kömür yandırmaq. – Eranda kasıp-küsibin peşəsi vağ basmaxdı II (Sabirabad) arıq III (Şəki) kobud ipək. – Vağ çıxar baramadan olur IV (Ağcabədi) avara, boş-boşuna gəzən V (Ağdam) bax vaq ətraflı

Azərbaycanca-rusca lüğət

VAĞ сущ. зоол. 1. цапля. Ağ vağ белая цапля, boz vağ серая цапля 2. ətraflı

Author: Obastan; Publisher: Obastan